Rusiya taxıl ixracı vergisini ilin sonunadək sıfırladı
Russia Ukraynanın Qara dəniz və Azov dənizindəki hücumlarının logistikanı pozması fonunda buğda, arpa və qarğıdalıya tətbiq olunan dəyişkən ixrac vergisini 2026-cı ilin sonunadək dayandırıb.
Marja xəbər verir ki, Rusiya İqtisadiyyat Nazirliyinin qərarına əsasən, buğda, arpa və qarğıdalı üzrə ixrac vergiləri 31 dekabradək sıfır səviyyəsində saxlanılacaq. Günəbaxan yağının ixrac vergisi isə avqust səviyyəsində dondurulacaq. Nazirlik qərarı ixrac logistikasının yenidən qurulması zərurəti ilə əsaslandırıb.
Problemin miqyası böyükdür: Ukrayna hücumlarının Rusiyanın taxıl ixracının 70%-dən çoxunun istifadə etdiyi marşrutlara təsir göstərdiyi bildirilir. Son bir ayda Rusiya və Ukrayna Qara dənizdə kommersiya gəmiləri və limanlara hücumları artırıb, Ukrayna eyni zamanda Azov dənizindəki Rusiya limanlarını da hədəfə alıb.
Rusiya və Ukrayna birlikdə qlobal buğda ixracının dörddə birindən çoxunu təmin etdiyindən, nəqliyyat marşrutlarında yaranan problemlər yalnız Rusiya ixracına deyil, dünya ərzaq bazarına da təsir göstərir.
Hücumların intensivləşməsi buğda fyuçerslərini son üç ilin ən yüksək səviyyəsinə qaldırıb.
Rusiya üçün problem məhsul yığımı mövsümünə təsadüf edir. Ölkənin əsas taxıl ixrac marşrutlarının fəaliyyətinin pozulması nəticəsində avqustda buğda ixracı ötən ilin eyni ayındakı səviyyənin yarısından da aşağı düşüb.
SovEcon araşdırma şirkəti sentyabrda Rusiyanın taxıl ixracının 2010-cu ildən bəri sentyabr ayları üzrə ən aşağı səviyyəyə enəcəyini proqnozlaşdırır. Verginin sıfırlanması hökumətin logistika xərclərinin və ixracatçıların üzləşdiyi əlavə risklərin bir hissəsini kompensasiya etmək cəhdi kimi qiymətləndirilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
22 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















