970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

ABB-dən yaşıl enerji layihələrinə agent bank dəstəyi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB-dən yaşıl enerji layihələrinə agent bank dəstəyi!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan dövlətinin 2032–ci ilədək 8 QVt–lıq yaşıl enerji hədəfinə uyğun olaraq ABB ölkəmizdə həyata keçirilən yaşıl enerji layihələrində yaxından iştirak edir. Bank hazırda “Masdar”, “ACWA” və “Universal Solar” şirkətlərinin Azərbaycanın müxtəlif regionlarında həyata keçirdiyi layihələrə agent bank kimi dəstək verir.

ABB--nin yaydığı məlumatda bildirilir ki, bu layihələrdən biri “Masdar” şirkətinin Biləsuvar rayonunda həyata keçirdiyi 445 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsidir. Bu layihə təxminən 190 000-dən çox evin elektrik enerjisi ilə təmin olunmasına, illik 393 000 tondan çox CO₂ emissiyasının qarşısının alınmasına imkan verəcək.

ABB “Masdar” şirkətinin Neftçala rayonunun Bankə qəsəbəsində yaratdığı 315 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsinə də dəstək verir. Stansiya 140 000-dən çox evi elektrik enerjisi ilə təmin edəcək. İllik 280 000 ton CO₂ emissiyasının qarşısını alacaq.

Bank həmçinin “ACWA” şirkəti ilə tərəfdaşlıq əsasında Abşeron-Xızı rayonunda quruda külək enerjisi layihəsinin yaradılmasına dəstək verir. 240 MVt gücündə layihə sayəsində 300 000-dən çox ev yaşıl elektrik enerjisi ilə təmin ediləcək, illik 400 000 tondan çox CO₂ emissiyasının qarşısı alınacaq.

ABB-nin dəstəyi ilə uğurla reallaşdırılan daha bir yaşıl enerji layihəsi isə Qaradağ rayonunda 100 MVt gücündə günəş enerjisi layihəsidir.  Bu layihə təxminən 50 000 evin elektrik enerjisi ilə təmin edilməsinə, illik 146 500 tondan çox CO₂ emissiyasının qarşısının alınmasına kömək göstərəcək.

"Beləliklə, ABB-nin agent bank rolu ilə reallaşdırılan yaşıl enerji layihələrinin ümumi həcmi ölkəmizin 2032-ci ilə qədər qarşıya qoyduğu hədəfin ilkin mühüm hissəsidir",- məlumatda bildirilir.

02.09.2026 18:16
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19