970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Uber 3 300 nəfəri işdən çıxaracaq

Uber idarəetməni sadələşdirir, bəzi komandaları birləşdirir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Uber 3 300 nəfəri işdən çıxaracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Uber Technologies” yenidən strukturlaşma (şirkətin daxili quruluşunun yenidən təşkili və ya idarəetmə strukturunun dəyişdirilməsi) çərçivəsində dünya üzrə əməkdaşlarının təxminən 10%-ni təşkil edən 3 300 nəfəri işdən çıxaracaq.

Marja “Bloomberg News”a istinadən xəbər verir ki, baş direktor Dara Khosrowshahi işdən çıxarmalar və yenidən strukturlaşma barədə əməkdaşlara elektron poçt vasitəsilə məlumat verib.

Reklam_3_11

Khosrowshahi bildirib ki, “Uber”in son illərdə qeydə aldığı artım “daha çox idarəetmə pilləsi, daha çox koordinasiya, daha parçalanmış məsuliyyət bölgüsü və bəzi hallarda biznes daha kiçik olduğu dövrdə məntiqli görünən, lakin indiki miqyasda artıq səmərəli olmayan strukturlar” yaradıb.

“Uber”in sözçüsü bildirib ki, ixtisarlar nəticəsində şirkətdə menecerlərin sayı 20% azalacaq və bəzi rəhbər vəzifələrdə çalışan şəxslər fərdi icraçı vəzifələrinə keçiriləcəklər. Bununla belə, şirkət menecerlərin neçə faizinin işdən çıxarılacağını açıqlamayıb. İxtisarlar rəhbər vəzifədə olmayan əməkdaşları da əhatə edəcək.

Məqsəd “Uber”i “daha sadə və daha sürətli” şirkətə çevirməkdirş

Şirkət, həmçinin restoranlar, pərakəndə satış və “white-label” çatdırılma xidmətləri üzrə fəaliyyət göstərən üç əməliyyat komandasını birləşdirir. Bununla yanaşı, əsas mühəndislik, elmi-tədqiqat və çatdırılma qrupları da yenidən strukturlaşdırılır.

Bundan əlavə, əsas ofislərdə daha çox əməkdaşın fiziki olaraq iş yerində çalışmasını təmin etmək məqsədilə “Uber” uzaqdan iş rejiminə dair qaydaları sərtləşdirir. Yeni yanaşmaya əsasən, bundan sonra əməkdaşların yalnız təxminən 1%-nin tam uzaqdan işləməsinə icazə veriləcək.

02.09.2026 22:47
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19