Volkswagen daha 50 min işçini ixtisar edəcək – Modellərin yarısı ləğv oluna bilər
Ümumi ixtisarların sayının 100 minə çatacağı gözlənilir.Almaniyanın avtomobil nəhəngi Volkswagen genişmiqyaslı restrukturizasiya proqramı çərçivəsində əlavə 50 min iş yerini ixtisar etməyi və model çeşidini təxminən 50% azaltmağı planlaşdırır.
Marja.az xəbər verir ki, Şirkətin açıqlamasına görə, Volkswagen-in baş icraçı direktoru (CEO) Oliver Blume tərəfindən təqdim olunan restrukturizasiya planı aylarla davam edən müqavimətdən sonra Müşahidə Şurası tərəfindən yekdilliklə təsdiqlənib.
Səmərəliliyin artırılması və şirkətin rəqabət qabiliyyətinin gücləndirilməsini nəzərdə tutan “Gələcək Planı” Wolfsburqda keçirilən Müşahidə Şurasının iclasında qəbul olunub.
Volkswagen sonrakı açıqlamasında bildirib ki, yeni plan çərçivəsində əlavə 50 min iş yerinin azaldılması nəzərdə tutulur. Bununla da şirkətdə ümumi ixtisarların sayının 100 minə çatacağı gözlənilir.
Avtomobil istehsalçısı, həmçinin 2035-ci ilədək törəmə və iştirak şirkətlərindəki paylarını azaltmağı, avtomobil modellərinin sayını isə təxminən 50% ixtisar etməyi planlaşdırır.
Yeni qərar Oliver Blume-a Volkswagen-in uzunmüddətli rəqabət qabiliyyətini qorumaq üçün zəruri hesab edilən dəyişiklikləri həyata keçirmək istiqamətində daha geniş səlahiyyət verir.
Volkswagen Qrupu hazırda yüksək istehsal xərcləri, zəif tələbat və avtomobil bazarında getdikcə sərtləşən rəqabətin yaratdığı təzyiqlərlə üzləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
19 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























