970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Dəmir filizinin qiyməti 7 həftədən sonra 100 dolları aşıb

Dəmir filizinin qiyməti investorların qısa mövqelərini bağlaması vəə polad zavodlarının dəmir filizi alaraq ehtiyatlarını artıracağı gözləntiləri fonunda yeddi həftədən sonra ilk dəfə ton üçün 100 dolları keçib.
AzVak-mobil_resmin_ustu_31
Dəmir filizinin qiyməti 7 həftədən sonra 100 dolları aşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dəmir filizinin qiyməti investorların qısa mövqelərini (short positions) bağlaması fonunda yeddi həftədən sonra ilk dəfə ton üçün 100 dollar səviyyəsini keçib.

Marja xəbər verir ki, Çində bayram ərəfəsində metallurgiya zavodlarının dəmir filizi alaraq ehtiyatlarını artıracağı gözləntiləri və yüksək fraxt xərcləri də qiymətlərin yüksəlməsinə dəstək verib.

Reklam_3_11

Polad istehsalında istifadə olunan dəmir filizi üzrə fyuçers müqavilələrinin qiyməti Sinqapurda 1,6%-dək artaraq ton üçün 101,10 dollara çatıb. Bu, iyulun 2-dən bəri qeydə alınan ən yüksək gündaxili səviyyədir.

Yuanla ifadə olunan fyuçers müqavilələrinin qiyməti də 1,8%-dək yüksəlib.

S&P Global Energy-nin quru yük daşımaları və əmtəə araşdırmaları üzrə rəhbəri Pranay Şukla bildirib ki, qiymətlərdəki hərəkət əsasən investorların qısa mövqelərini bağlaması ilə əlaqədardır.

Fundamental göstəricilər də dəmir filizinin qiymətini dəstəkləyir.

Çində polad zavodlarının oktyabrda keçiriləcək Milli Gün bayramı ərəfəsində dəmir filizi ehtiyatlarını artıracağı (alışlar edəcəyi) ilə bağlı gözləntilər güclənir. Eyni zamanda, sentyabrda tikinti fəaliyyətində mövsümi canlanmanın baş verəcəyi ilə bağlı nikbinlik artır.

İş elanları AzVak.az-da

Qeyd edək ki, qısa mövqedə olan investor qiymətin düşəcəyinə mərc edir. Sonra bu mövqeni bağlamaq üçün bazarda həmin fyuçersi geri almalı olur. Alışlar artdığı üçün qiymət də yuxarı gedə bilər.

Məsələn:

- İnvestor dəmir filizi fyuçersini 95 dollardan short edir.

- Qiymət 98–99 dollara qalxmağa başlayır.

- Zərərin böyüməsindən qorxaraq "short" mövqeyini bağlayır.

- Bunun üçün müqaviləni alır.

Çoxlu investor eyni vaxtda bunu edərsə, əlavə alış dalğası yaranır və qiymət qalxa bilər. Buna bazar dilində "short covering" deyilir. Əgər investorlar uzun mövqelərini (long positions) bağlasaydılar, onda əksinə, satış etməli olardılar və bu, qiymətə aşağı istiqamətdə təzyiq göstərə bilərdi.

dəmir filizi dəmir filizinin qiyməti Çin dəmir filizi dəmir filizi fyuçersləri Çin polad istehsalı polad bazarı Sinqapur dəmir filizi əmtəə bazarları Çin iqtisadiyyatı fraxt qiymətləri tikinti sektoru
07.09.2026 09:25
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19