Tankerlərə hücumlar artsa, neftdə yeni qiymət şoku yarana bilər - 120 dollarlıq ssenari
Qlobal investisiya bankı Goldman Sachs Yaxın Şərqdə dəniz daşımalarına qarşı hücumların artacağı təqdirdə neftin qiymətinin bir barel üçün 120 dollara qədər yüksələ biləcəyi barədə xəbərdarlıq edib.
Marja xəbər verir ki, Bank bu ssenaridən faydalanmaq istəyən investorlara təbii qaz və dizel yanacağı üzrə mövqe tutmağı tövsiyə edib.
Goldman Sachs-ın Qlobal Əmtəə Araşdırmaları üzrə həmsədri Daan Struyven Bloomberg TV-yə müsahibəsində bildirib ki, son bir neçə gündə baş verən hadisələr dəniz daşımalarındakı fasilələrin daha geniş miqyas alması və dərinləşməsi riskinin əhəmiyyətli olduğunu göstərir.
Xam neftin qiyməti ABŞ və İranın Hörmüz boğazı ilə bağlı çıxılmaz vəziyyətə düşdüyü bir vaxtda iyuldan bəri ən yüksək səviyyəsinə yüksəlib. Bakı vaxtı ilə saat 09:32-də Brent nefti 1% bahalaşma ilə 97,28 dollara ticarət olunub.
Son günlər Vaşinqton İran tankerlərinə hücum edib, Tehran isə Hörmüz boğazından kənarda yeni məhdudiyyət zonası elan edib. ABŞ Hərbi Dəniz Qüvvələri, həmçinin İran limanlarını blokadada saxlamağa və digər neft istehsalçılarının gəmilərini regiondan çıxarkən müşayiət etməyə davam edir.
Struyven bildirib ki, Goldman Sachs-ın neft bazarı üçün yuxarı istiqamətli ssenarisində qiymətin 120 dollara çatması nəzərdə tutulur. Regiondan neft ixracının normallaşacağı təqdirdə isə bankın daha aşağı qiymət hədəfi 80 dollardır.
Altı aydan artıqdır davam edən müharibədən sonra yaranmış çıxılmaz vəziyyət bir sıra enerji məhsullarının qiymətinin yüksəlməsinə səbəb olub.
Təbii qaz və neft məhsullarının qiymətlərindəki artım xam neftin bahalaşmasını da üstələyib. Dizel yanacağının qiyməti bu il iki dəfədən çox artıb.
Struyven bildirib ki, xam neft qiymətlərində əhəmiyyətli yüksəliş potensialı qalmasına baxmayaraq, Goldman Sachs investorlara geosiyasi risklərdən qorunmaq üçün qlobal təbii qaz və emal olunmuş neft məhsullarında uzun mövqelər tutmağı tövsiyə edir.
“Xam neft qiymətlərində əhəmiyyətli yüksəliş potensialı görsək də, investorlara geosiyasi risklərdən qorunmaq üçün qlobal təbii qaz və emal olunmuş neft məhsullarında uzun mövqelər tutmağı tövsiyə edirik. Təchizat şoklarının təsiri bu bazarlarda xam neft bazarı ilə müqayisədə daha böyükdür”, – Struyven deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
23 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























