Mis bazarında tarixi rekord – Tonu 14,5 min dolları keçdi
Mis bahalaşmaqda davam edir. Tonu 14 min 533 dollar oldu.Mis qiymətləri ABŞ-ın emal edilmiş mis idxalına tətbiq olunan gömrük rüsumlarını genişləndirə biləcəyi ilə bağlı gözləntilər fonunda həftələrdir davam edən yüksəlişini davam etdirərək London Metal Birjasında (LME) tarixi ən yüksək səviyyəsinə çatıb.
Marja.az xəbər verir ki Mis LME-də (London Metal Exchange - London Metal Birjası) 0,8%-dək bahalaşaraq ton üçün 14 min 533 dollara yüksəlib və yanvar ayında qeydə alınmış əvvəlki rekordu yeniləyib.
Son bir ildə misin qiyməti 17% artıb. Bahalaşmada uzunmüddətli tələb-təklif balanssızlığı əsas amillərdən biri olub.
ABŞ Ticarət Nazirliyinin mis idxalına gömrük rüsumunun tətbiq edilməsinin zəruri olub-olmaması ilə bağlı tövsiyələri əks etdirən hesabatı Ağ Evə təqdim etməsindən təxminən iki ay keçməsinə baxmayaraq, bazar mümkün tarif qərarını qiymətlərə daxil etməyə davam edir.
Qlobal mis ehtiyatları ümumilikdə yüksək səviyyədə qalsa da, London Metal Birjasının qlobal anbar şəbəkəsində mövcud metal ehtiyatları azalıb. Mis ehtiyatlarının böyük hissəsinin ABŞ-da cəmləşməsi digər bazarlarda qısamüddətli əlçatan təklifi məhdudlaşdırıb.
Bu vəziyyət, eyni zamanda, misin qiymətinin aşağı düşəcəyinə mərc edən və qısa mövqe (short position) tutan investorlar üzərində təzyiqi artırıb. Qısa mövqelərin bağlanması üçün yaranan əlavə alış tələbi, ümumi fiziki tələbin zəif olduğu şəraitdə belə, mis qiymətlərinin tarixi maksimuma yüksəlməsinə dəstək verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
19 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























