BYD rəqabəti Jaguar Land Rover-i 4 min nəfərlik ixtisara məcbur etdi
BYD rəqabəti, ABŞ tarifləri və zəif satışlar Jaguar Land Rover-i ixtisara məcbur etdi. Jaguar Land Rover-dan böyük ixtisar – 4 min nəfər işini itirəcək.Jaguar Land Rover yenidən restrukturizasiya proqramı çərçivəsində təxminən 4 min işçini ixtisar etməyi planlaşdırır.
ABŞ-ın gömrük tarifləri və kiberhücumun nəticələri ilə mübarizə aparan Böyük Britaniyanın ən böyük avtomobil istehsalçısı "Jaguar Land Rover Automotive Plc" qlobal işçi qüvvəsinin təxminən 10%-ni azaltmağa hazırlaşır.
Marja.az xəbər verir ki, Şirkətin baş icraçı direktoru P. B. Balajinin bazar ertəsi verdiyi açıqlamaya görə, krossover və yolsuzluq avtomobillərinin istehsalçısı olan Range Rover qarşıdakı iki il ərzində 1,7 milyard funt sterlinq, yəni təxminən 2,3 milyard dollar qənaət etməyi nəzərdə tutan plan çərçivəsində bu addımı atacaq.
Şirkət artan xərclər və xüsusilə daha münasib qiymətli SUV modelləri ilə Avropa bazarına güclü daxil olan BYD kimi Çin istehsalçılarının yaratdığı rəqabət fonunda əmək xərclərini azaltmağa çalışır.
Jaguar Land Rover-in planı Renault və Volkswagen kimi digər avtomobil istehsalçılarının açıqladığı ixtisar qərarlarının davamı kimi qiymətləndirilir. Volkswagen ötən həftə əlavə 50 min iş yerinin ixtisarını nəzərdə tutan plan üçün təsdiq alıb.
Hindistanın "Tata Motors Passenger Vehicles" şirkətinə məxsus "Jaguar Land Rover" eyni zamanda əsas bazarı olan ABŞ-da yüksək gömrük tarifləri, Çin bazarında zəif tələb və zavodların həftələrlə fəaliyyətini dayandırmasına səbəb olan kiberhücumun nəticələri ilə mübarizə aparır.
Son dövrdə əsas təchizatçılardan birində baş verən yanğın və Yaxın Şərqdəki qarşıdurmaların yaratdığı təchizat zənciri pozuntuları da şirkətin satışlarına mənfi təsir göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
20 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























