Jaguar Land Rover-də böyük ixtisar – 4 min nəfər işini itirəcək
Çin rəqabəti Jaguar Land Rover-i sıxışdırdı – 4 min iş yeri bağlanır. Jaguar Land Rover 2 il ərzində 4 min iş yerini ixtisar edəcək.Böyük Britaniyanın Jaguar Land Rover (JLR) şirkəti xərclərin azaldılması üzrə genişmiqyaslı proqram çərçivəsində qarşıdakı iki il ərzində 4 min iş yerini ixtisar edəcəyini açıqlayıb. Bu, şirkətin qlobal işçi qüvvəsinin təxminən 10%-nə bərabərdir.
Marja.az xəbər verir ki, Hindistanın avtomobil istehsalçısı Tata Motors-a məxsus olan JLR bu addımı daha ucuz Çin avtomobillərinin yaratdığı güclü rəqabət, şirkətin üzləşdiyi kiberhücum və ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərin yaratdığı təzyiqlərlə əlaqələndirib.
Şirkət qarşıdakı iki il ərzində təxminən 1,7 milyard funt sterlinq (2,3 milyard dollar) qənaət etməyi, eyni zamanda zərərsizlik nöqtəsini 300 min avtomobil səviyyəsinə endirməyi planlaşdırır. (Zərərsizlik nöqtəsi - şirkətin nə mənfəət, nə də zərər etdiyi satış və ya istehsal səviyyəsidir. Gəlir = ümumi xərclər. Məsələn, Jaguar Land Rover üçün “zərərsizlik nöqtəsini 300 min avtomobilə endirmək” o deməkdir ki, şirkət ildə təxminən 300 min avtomobil satdıqda bütün xərclərini ödəyə biləcək. 300 mindən çox satarsa mənfəət, daha az satarsa zərər yarana bilər - red).
JLR-in baş icraçı direktoru PB Balaji bildirib ki, şirkət növbəti 12 ay ərzində beş yeni məhsulu bazara çıxaracaq.
“Avtomobil sənayesi intensiv rəqabət, texnoloji dəyişikliklər və davam edən geosiyasi qeyri-müəyyənlik fonunda ciddi çağırışlarla üzləşir”, — Balaji bildirib.
Onun sözlərinə görə, transformasiya proqramının bir hissəsi olaraq şirkət növbəti iki ildə qlobal işçi qüvvəsini təxminən 4 min vəzifə azaltmaqla optimallaşdıracaq.
“Bunun təsirə məruz qalacaq əməkdaşlarımız üçün çətin xəbər olduğunu anlayırıq və hər kəsə qayğı, ədalət və hörmətlə dəstək göstərməyə sadiqik”, — CEO əlavə edib.
Bazar ertəsi Tata Motors-un səhmləri 0,3% bahalaşıb. Mumbay birjasında ticarət olunan səhmlərin qiyməti ilin əvvəlindən bəri 10%-dən çox yüksəlib.
JLR-in xərclərin azaldılması proqramı Britaniyanın Baş naziri Andy Burnham üçün yeni sınaq kimi qiymətləndirilir. Son aylarda Britaniyanın digər lüks avtomobil istehsalçıları Aston Martin və Bentley də oxşar qənaət tədbirləri açıqlayıblar.
Həftəsonu JLR üçün dövlət maliyyə yardımını istisna edən Böyük Britaniyanın Biznes və Ticarət naziri Jonathan Reynolds-un bu həftənin əvvəlində şirkət rəhbərliyi ilə görüşərək ixtisar tədbirlərini müzakirə edəcəyi gözlənilir.
Britaniya hökumətinin nümayəndəsi CNBC-yə bildirib ki, ixtisarların təsirinə məruz qalacaq işçilər, onların ailələri və yerli icmalar üçün bunun qeyri-müəyyən və narahatedici dövr olacağı anlaşılır.
Hökumət avtomobil sənayesini dəstəkləmək məqsədilə istehsalçıların elektrik enerjisi xərclərini azaltmaq, sıfır emissiyalı avtomobillərin istehsalı üçün 4 milyard funt sterlinq həcmində kapital və tədqiqat-inkişaf maliyyəsi ayırmaq, həmçinin elektrik avtomobillərinin satışını təşviq etmək üçün 2 milyard funt sterlinqlik “Electric Car Grant” proqramını işə salmaq kimi tədbirlər gördüyünü bildirib.
Təzyiq altında olan yalnız Britaniya avtomobil şirkətləri deyil. Almaniyanın avtomobil nəhəngi Volkswagen də ötən həftənin sonunda tarif təzyiqləri və Çin avtomobil markalarının yaratdığı sərt rəqabət fonunda tarixi transformasiya proqramı çərçivəsində əlavə 50 min iş yerini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
9 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























