970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Şaanşi əyalətinin nəqliyyat və logistika sahəsi üzrə nümayəndə heyəti Abşeron Logistika Mərkəzini ziyarət edib

AzVak-mobil_resmin_ustu_31
Şaanşi əyalətinin nəqliyyat və logistika sahəsi üzrə nümayəndə heyəti Abşeron Logistika Mərkəzini ziyarət edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çin Xalq Respublikasının Şaanşi Əyalət Nəqliyyat Departamenti, Shaanxi Rail Transit Group Co., Ltd.,Xi'an Chanba International Port Administrative Committee və Xian Free Trade Port Construction and Operation Co., Ltd. nümayəndələrindən ibarət heyət Azərbaycana səfəri çərçivəsində Abşeron Logistika Mərkəzini ziyarət edib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın “Bir kəmər,bir yol” təşəbbüsündə fəal iştirakı və bu təşəbbüs çərçivəsində ölkələr və regionlar arasında nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi istiqamətində görülən tədbirlər xüsusi qeyd olunub.Bildirilib ki, Cənab Prezidentin rəhbərliyi ilə ölkənin tranzit və logistika imkanlarının inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanı Avrasiya nəqliyyat şəbəkəsinin mühüm qovşaqlarından birinə çevirir.

Görüş çərçivəsində nümayəndə heyətinə Abşeron Logistika Mərkəzinin fəaliyyəti, logistika infrastrukturu və Orta Dəhliz üzrə həyata keçirdiyi əməliyyatlar barədə ətraflı məlumat verilib.Azərbaycanın ilk beynəlxalq sertifikatlaşdırılmış logistika mərkəzi olan Abşeron Logistika Mərkəzinin Çin, Mərkəzi Asiya, Xəzər regionu və Avropa arasında nəqliyyat-logistika əlaqələrinin inkişafındakı rolu diqqətə çatdırılıb.

Görüş zamanı Orta Dəhlizin inkişafı, dəmir yolu ilə yükdaşımaların artırılması, logistika mərkəzləri və beynəlxalq limanlar arasında əməkdaşlığın genişləndirilməsi, habelə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük axınlarının səmərəli və dayanıqlı təşkili istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər nəqliyyat və logistika, dəmir yolu daşımaları və limanların fəaliyyəti sahələrində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin- Azərbaycan ticarət-logistika əlaqələrinin genişlənməsinə töhfə verəcəyi qeyd olunub. Həmçinin, bu əməkdaşlığın Orta Dəhlizin regional nəqliyyat marşrutu kimi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcəyi bildirilib.

08.09.2026 11:11
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19