Brent neftinin qiyməti 100 dolların üzərində qalır
Neft qiymətləri Brent markalı xam neftin bir barelinin 100 dollar həddini aşmasından sonra cümə axşamı əsasən sabit qalıb.
Marja xəbər verir ki, investorlar altı ay əvvəl başlayan müharibədən sonra İran və ABŞ-ın dəniz daşımalarına qarşı indiyədək ən iri hücumları həyata keçirməsinin neft təchizatında fasilələri daha da dərinləşdirə biləcəyini nəzərə alırlar.
Bakı vaxtı ilə saat 08:30-da Brent markalı neftin qiyməti 2,8% bahalaşma ilə 101 dollardan, ABŞ-ın WTI markalı xam nefti isə 96,24 dollardan ticarət olunub.
Brent neftinin qiyməti avqustun əvvəlində qeydə alınan aşağı səviyyələrdən bəri təxminən 30% yüksəlib. Buna ABŞ və İran arasında hücumların dayandırılması ilə bağlı davamlı razılaşmanın əldə olunmaması və ayın sonrakı dövründə döyüşlərin yenidən başlaması səbəb olub.
İran çərşənbə günü ABŞ-ın beş İran neft tankerini batırmasından sonra Hörmüz boğazı yaxınlığında 10 gəmiyə hücum etdiyini açıqlayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu isə yeni hücumlara cavab veriləcəyini və qarşı tədbirlərin daha da sərtləşdiriləcəyini bildirib.
ANZ-nin analitiki Daniel Hynes müştərilərə göndərdiyi qeyddə bildirib ki, qarşılıqlı hücumlar Fars körfəzindən neft axınının yaxın gələcəkdə də fasilələrlə üzləşəcəyinə işarə edir.
Körfəz ölkələrinin neft ixracı üçün alternativ marşrutlar üzərində də təzyiq artır. İranla əlaqəli husilərin Səudiyyə Ərəbistanına hücumlarını intensivləşdirməsi Qırmızı dəniz vasitəsilə həyata keçirilən xam neft daşımalarını təhdid edir.
OCBC-nin analitiki Christopher Wong bildirib ki, Hörmüz boğazından faktiki olaraq nə qədər neftin keçdiyinə dair qeyri-müəyyənlik və dəniz daşımalarındakı fasilələr fiziki neft bazarında təklifi məhdud saxlayır. Bu da neft qiymətlərində geosiyasi risk mükafatını dəstəkləyir.
ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) da çərşənbə günü Yaxın Şərqdən neft təklifinin azalması fonunda qlobal neft ehtiyatlarının geriləyəcəyini əsas gətirərək bu il və gələn il üçün neft qiymətləri üzrə proqnozlarını yüksəldib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
16 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















