Neft qiymətləri yüksəlir - Brent 110 dollara yaxınaşıb
Neft qiymətləri cümə günü yüksəlişini davam etdirib. Yaxın Şərqdə gəmilərə qarşı hücumların artması təchizatdakı fasilələrin davam edə biləcəyi ilə bağlı narahatlıqları gücləndirdiyindən Brent markalı neftin qiyməti son dörd ayın ən yüksək səviyyələrinə yaxınlaşıb.
Marja xəbər verir ki, ABŞ və İranın münaqişənin başlanmasından bəri dəniz daşımalarına qarşı ən ciddi hücumlardan bəzilərini həyata keçirməsi fonunda neft həftəni güclü bahalaşma ilə başa vurmağa hazırlaşır.
Bakı vaxtı ilə səhər saatlarında Brent markalı neftin fyuçerslərinin qiyməti təxminən 0,7% artaraq 108,29 dollar/barelə, ABŞ-ın WTI markalı neftinin fyuçersləri isə 0,5% bahalaşaraq 102,96 dollar/barelə yüksəlib.
Brent gün ərzində 109,97 dollar/barelədək qalxaraq mayın əvvəlindən bəri ən yüksək səviyyəsini görüb.
Brent fyuçersləri bu həftə 12,4% bahalaşıb ki, bu da iyulun əvvəlindən bəri ən güclü həftəlik artımdır. WTI üzrə həftəlik bahalaşma isə 12,7% təşkil edir.
Neftin qiyməti İranın Hörmüz boğazı yaxınlığında 10 gəmiyə hücum etdiyini açıqlamasından, ABŞ-ın isə cavab olaraq beş İran tankerini batırdığını bildirməsindən sonra bu həftənin əvvəlində 100 dollar həddini keçib.
Bu hücumlar tərəflər arasında son ayların ən ağır toqquşmalarından biri olub və yeddi aya yaxınlaşan münaqişədə gərginliyin azalacağına dair əlamətlərin zəif olduğunu göstərib.
İranın dəstəklədiyi Yəməndəki husilər də Yaxın Şərqdə təchizatın daha ciddi pozulacağı ilə bağlı narahatlıqları artırıb. Bir sıra məlumatlara görə, qruplaşma Moça liman şəhərinə nəzarəti ələ keçirib və Bab əl-Məndəb boğazı üzərində təsir imkanlarını genişləndirib.
Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edən husilərin Bab əl-Məndəb boğazında gəmilərə hücum etdiyi, eyni zamanda Səudiyyə Ərəbistanının enerji infrastrukturuna zərbələr endirdiyi bildirilir.
Cümə gününün ilk saatlarında yayılan məlumatlarda husilərin Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərini vurduğu və obyektin ətrafında altı böyük yanğının başladığı iddia olunub.
Bab əl-Məndəb boğazında və Səudiyyə Ərəbistanında hücumların genişlənməsi Hörmüz boğazından sonra Yaxın Şərqdən neft daşınan daha bir mühüm marşrutu risk altına sala bilər.
Bu perspektiv treyderlərin neft qiymətlərinə daha yüksək geosiyasi risk mükafatı əlavə etməsinə səbəb olub.
ABŞ-İran müharibəsində isə gərginliyin azalacağına dair ciddi əlamət yoxdur. ABŞ Prezidenti Donald Tramp müharibənin noyabrda keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çatacağını gözlədiyini bildirib.
“The Wall Street Journal”ın məlumatına görə isə Ağ Evin yüksək vəzifəli müşavirləri münaqişənin Trampın prezidentlik müddətinin qalan hissəsində, yəni 2029-cu ilin əvvəlinədək davam edə biləcəyini ehtimal edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
17 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























