1 milyon manatlıq yeni istiqraz emissiyası – Faiz hər ay ödəniləcək, gəlirlilik 15%-dir
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi “GL” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verib.
Marja.az xəbər verir ki, qərar 11 sentyabr 2026-cı il tarixində qəbul edilib.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd istiqraz buraxılacaq. Beləliklə, istiqraz emissiyasının ümumi həcmi 1 milyon manat təşkil edəcək.
İstiqrazların illik gəlirlilik faizi 15% müəyyənləşdirilib. Faiz ödənişləri hər ay bir dəfə həyata keçiriləcək.
Qiymətli kağızların tədavül müddəti 7 ildir. İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı formada buraxılır.
Emissiyanın anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların Bakı Fond Birjasında ticarətə buraxılacağı tarix emitent tərəfindən əlavə olaraq açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
26 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
35 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

























