Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
İki bank birləşir –Nəhəng bankın göstəriciləri açıqlandı.Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq.
Marja.az xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq.
Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır.
Səhmlərin alınması başa çatdıqdan sonra Bank Respublika və AccessBank ilkin mərhələdə ayrı-ayrı banklar kimi fəaliyyətlərini davam etdirəcəklər. Növbəti mərhələdə isə bankların müvafiq tənzimləyici tələblər əsasında vahid bankda birləşdirilməsi nəzərdə tutulur.
Açıqlamaya görə, Bank Respublika və AccessBank oxşar korporativ mədəniyyətə və biznes modellərinə malikdirlər. Hər iki bank ölkənin müxtəlif bölgələrində mikro, kiçik və orta sahibkarların maliyyələşdirilməsinə xüsusi diqqət ayırır.
Birləşmənin daha geniş fəaliyyət miqyasına, güclü maliyyə imkanlarına və möhkəm bazar mövqeyinə malik bankın yaradılmasına imkan verəcəyi bildirilir. Yeni maliyyə institutunun müştərilərinə daha geniş məhsul və xidmət imkanları təqdim etməsi gözlənilir.
Bank Respublika-nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib ki, razılaşma bankın inkişafında yeni mərhələnin başlanğıcıdır.
Onun sözlərinə görə, aparıcı beynəlxalq maliyyə institutlarının Bank Respublika-nın səhmdarlarına çevrilməsi bankın həmin qurumlarla uzunmüddətli münasibətlərini yeni tərəfdaşlıq səviyyəsinə yüksəldəcək.
AccessBank-ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk isə iki bankın birləşdirilməsinin gələcək artım, fəaliyyət miqyasının genişləndirilməsi və Azərbaycan iqtisadiyyatına daha böyük töhfə verilməsi üçün möhkəm zəmin yaradacağını bildirib.
Satınalma və birləşmə prosesinin gedişi barədə hər iki bankın müştərilərinə, tərəfdaşlarına və ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Həmçinin oxu
Bank Respublika AccessBank-ı alırMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
4 saat sonra
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
-
7 saat əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
9 saat əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
9 saat əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
-
9 saat əvvəl
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
-
9 saat əvvəl
Sahibkarlar rəqabət siyasətinin hazırlanmasına daha fəal cəlb ediləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan özəl investisiyaların artımını rəqabət islahatları ilə stimullaşdıracaq
-
10 saat əvvəl
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Ən çox oxunanlar
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq
Azərbaycanda rəqabət üzrə ayrıca tədqiqat mərkəzi yaradılacaq
Fərid Şəfiyev yeni yaradılan Mərkəzə sədr təyin edildi
Hansı regionda rəqabət zəifdir? – Xüsusi xəritə hazırlanacaq
Dövlət müəssisələri üçün yeni rəqabət qaydaları gəlir
Azərbaycanda inhisarçılığa qarşı yeni plan təsdiqləndi
























