ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi
Beynəlxalq reytinq agentliyi Davr Bankın uzunmüddətli kredit reytinqini B pilləsindən B+ pilləsinə yüksəldibDavr Bankın əsas nəzarət-səhm paketinin ABB-yə keçməsindən sonra Bankın beynəlxalq reytinqləri yüksəlməyə başlayıb.
S&P beynəlxalq reytinq agentliyi Davr Bankın uzunmüddətli kredit reytinqini B pilləsindən B+ pilləsinə yüksəldib. Bankın reytinq proqnozu isə “Stabil” olaraq müəyyənləşib. Agentliyin rəyində qeyd edilir ki, ehtiyac yaranarsa, Davr-Bank kredit reytinqi daha yüksək olan ABB Maliyyə Qrupundan güclü dəstək ala bilər.
S&P ekspertlərinin fikrincə, Davr Bank növbəti bir ildə də əsasən pərakəndə bankçılığa, həmçinin kiçik və orta biznesin maliyyələşməsinə yönələcək. Bu seqmentlər onun əsas fəaliyyət istiqamətləri olaraq qalacaq və artımına şərait yaradacaq. Davr Bank eyni zamanda ABB Maliyyə Qrupunun tərkibinə keçməsindən sonra yaranmış yeni biznes imkanlarından da geniş faydalanacaq. Özbəkistanda Azərbaycan və Türkiyə kapitallı müştərilərə xidmət, eləcə də ABB-nin beynəlxalq pulköçürmə xidmətlərinə inteqrasiya da bu yeni imkanlara daxildir.
Bütün bunlar, Bankın reytinqlərini “Stabil” səviyyədə proqnozlaşdırmağa əsas yaradır. Davr Bankın möhkəm kapital buferləri və aktivlərinin keyfiyyəti də bu proqnozu dəstəkləyir. Agentliyin gözləntilərinə görə, Davr Bankın likvidlik mövqeyi adekvat olaraq qalacaq və bank beynəlxalq maliyyə institutlarından maliyyələşməyə çıxışını qoruyacaq.
S&P beynəlxalq reytinq agentliyinin rəyində Davr Bankın ABB Maliyyə Qrupunun ümumi aktivlərinin təxminən 10%-12%-ni təşkil etdiyi, bu bankın əsas nəzarət-səhm paketini əldə etməyin ABB-nin yeni strateji dövrdə coğrafi genişlənmə hədəfinə uyğunluğu vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
27 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
36 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama





























