“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC yeni mövsümə yenilənmiş təşkilati struktur, 5 əsas idarəetmə blokundan ibarət yeni model və müxtəlif sahələr üzrə zəngin yerli və beynəlxalq təcrübəyə malik güclü rəhbər heyəti ilə başlayır.
Şirkətdən Marja.az-a verilən məlumata görə, yeni idarəetmə modeli çərçivəsində şirkətin əsas fəaliyyət istiqamətləri 5 idarəetmə bloku üzrə formalaşdırılıb. Blokların rəhbərliyi bank və maliyyə, investisiya və kapital bazarları, audit və konsaltinq, texnologiya və telekommunikasiya, eləcə də dövlət və iri korporativ qurumlar kimi müxtəlif sektorlarda zəngin yerli və beynəlxalq təcrübə qazanmış peşəkarlara həvalə olunub.
“PAŞA Kapital”ın rəhbər heyətinin üzvləri:
• 15-25 illik peşəkar və rəhərlik təcrübəsi;
• Böyük Britaniya, Avstraliya, ABŞ, Çin, Avstriya, Fransa kimi ölkələrdə əldə edilmiş beynəlxalq təhsil və təcrübə;
• CFA və digər beynəlxalq peşəkar kvalifikasiyalar, MBA, magistr və doktorantura dərəcələrinə sahibdir.
Yeni idarəetmə modeli dəyişən biznes mühitinə daha çevik uyğunlaşmaq, qərarvermə proseslərini sürətləndirmək və funksiyalar arasında daha effektiv əməkdaşlığı təmin etmək məqsədi daşıyır. Azərbaycanda ilk dəfə tətbiq olunan bu model çərçivəsində şirkətin əsas fəaliyyət istiqamətləri vahid idarəetmə arxitekturasında birləşdirilir.
İsi Mustafayev – Baş icraçı direktor
İsi Mustafayev maliyyə bazarları, xəzinədarlıq, bank nəzarəti, korporativ və dövlət idarəetməsi sahələrində 25 ildən artıq peşəkar təcrübəyə malikdir. O, Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə, eləcə də bank sektorunda rəhbər vəzifələrdə çalışıb. “PAŞA Kapital”a qoşulmazdan əvvəl “Azərpoçt” MMC-nin baş icraçı direktoru olub.
İsi Mustafayev Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili alıb, həmçinin beynəlxalq maliyyə institutlarının ixtisaslaşmış təlim proqramlarında iştirak edib.
Elnur Fətullayev – Baş icraçı direktorun müavini
Elnur Fətullayev maliyyə, investisiya, audit və aktivlərin idarə olunması sahələrində 15 ildən artıq yerli və beynəlxalq təcrübəyə malikdir. O, BP və “Ernst & Young” şirkətlərinin Bakı ofisində çalışmış, həmçinin, “Deloitte” şirkətinin Avstraliya ofisində 6-ildən artıq kapital bazarları əməliyyatları üzrə fəaliyyət göstərmişdir. Daha sonra FINADCO şirkətində baş icraçı direktor, Azərbaycan İnvestisiya Holdinqində Aktivlərin idarə edilməsi departamentinin rəhbəri vəzifələrini icra edib. 2025-ci ilin dekabrında “PAŞA Kapital”ın rəhbər heyətinə Baş Əməliyyat İnzibatçısı, İdarə Heyətinin üzvü kimi qoşulub. 1 iyun 2026-cı il tarixindən etibarən Baş İcraçı Direktorun müavini vəzifəsində şirkətdəki fəaliyyətini davam etdirir.
Elnur Fətullayev bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, magistr təhsilini isə Avstraliya Milli Universitetində alıb. O, həmçinin CFA kvalifikasiyasına malikdir.
5 idarəetmə blokunun rəhbər heyəti
Orxan Salayev – Strategiya, Kommersiya və Biznesin İnkişafı blokunun rəhbəri
Orxan Salayev strategiya, satış, marketinq, biznesin inkişafı və rəqəmsal transformasiya sahələrində peşəkar təcrübəyə malikdir.
“PAŞA Kapital”a qoşulmazdan əvvəl “Rabitəbank”da Marketinq Departamentinin direktoru vəzifəsində çalışıb. Peşəkar karyerası ərzində “Azərbaycan Dəmir Yolları”, “Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyi”, “FINCA Azərbaycan” və “Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi”ndə müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
Orxan Salayev Çinin Elm və Texnologiya Universitetində Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində magistr təhsili alıb. O, həmçinin Çinin Beynəlxalq Biznes və İqtisadiyyat Universitetində doktorantura təhsilini davam etdirir.
2026-cı ildə “PAŞA Kapital”ın rəhbər komandasına qoşulan Orxan Salayev Strategiya, Kommersiya və Biznesin İnkişafı blokuna rəhbərlik edir.
Zaur Bağırov – İnformasiya Texnologiyaları və Rəqəmsal Həllər blokunun rəhbəri
Zaur Bağırov bankçılıq, maliyyə və telekommunikasiya sahələrində 20 ildən artıq idarəçilik təcrübəsinə malikdir. O, 2015–2026-cı illərdə “PAŞA Bank”da müxtəlif rəhbər vəzifələrdə çalışıb, son olaraq bankın Biznes İnnovasiyaları istiqamətinə rəhbərlik edib. Bu müddətdə innovasiya, rəqəmsal transformasiya və yeni biznes istiqamətlərinin inkişafı üzrə layihələrə rəhbərlik edib.
Bundan əvvəl “Bakcell”də texnologiya layihələrinin idarə olunması, transformasiya proqramları və korporativ imkanların inkişafı istiqamətində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Zaur Bağırov Azərbaycan Kooperasiya Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
O, 2026-cı ilin yanvarında “PAŞA Kapital”a Baş icraçı direktorun texnologiyalar üzrə müşaviri kimi qoşulub, həmin ilin iyunundan İnformasiya Texnologiyaları və Rəqəmsal Həllər blokuna rəhbərlik edir.
Gülşən Cumayeva - Korporativ Kommunikasiyalar, İnsan Resursları və Biznesə Dəstək blokunun rəhbəri
Gülşən Cumayeva marketinq, korporativ kommunikasiya, brend idarəçiliyi və müştəri əlaqələrinin idarəedilməsi sahələrində 15 ildən artıq peşəkar təcrübəyə malikdir. Karyerasının əsas hissəsini bank və maliyyə sektorunda keçirib. Belə ki, müxtəlif illərdə “Bank of Baku”, “Rabitəbank” və “FINCA Azerbaijan”-da rəhbər vəzifələrdə çalışıb.
O, hazırda İngiltərənin York Universiteti və Fransanın Strasburq Universitetinin birgə proqramı üzrə Executive MBA təhsili alır. Bundan əvvəl İstanbul Universitetində Biznesin İdarəedilməsi üzrə MBA, Qafqaz Universitetində magistr və Azərbaycan Dillər Universitetində bakalavr təhsili alıb.
Gülşən Cumayeva 2024-cü ildə “PAŞA Kapital” komandasına qoşularaq Marketinq və Kommunikasiyalar istiqamətinə rəhbərlik edib.
2026-cı ilin iyun ayından etibarən PAŞA Kapital-da Korporativ Kommunikasiyalar, İnsan Resursları və Biznesə Dəstək blokunun rəhbəri vəzifəsində fəaliyyət göstərir.
Orxan Səfərov – Korporativ İdarəetmə, Risk və Komplayens blokunun rəhbəri
Orxan Səfərov hüquq, korporativ idarəetmə və komplayens sahələrində peşəkar təcrübəyə malikdir. “PAŞA Kapital”a qoşulmazdan əvvəl “Veysəloğlu Şirkətlər Qrupu”nda Korporativ Hüquq Departamentinin direktoru habelə “AzerGold” QSC-nin Korporativ hüquq və hüquqi komplayens sektorunun müdiri vəzifəsində çalışıb.
Hazırda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkildir.
O, 2024-cü ildə “PAŞA Kapital”a direktorun müşaviri kimi qoşulub, daha sonra şirkətin Hüquq və Komplayens Departamentinə rəhbərlik edib. Eyni zamanda Azərbaycan Kapital Bazarı Assosiasiyasının Hüquq və Tənzimləmə üzrə Komitəsinin sədri kimi fəaliyyət göstərir.
Orxan Səfərov hüquq və komplayens üzrə beynəlxalq ixtisaslaşma proqramlarında iştirak edib, Bakı Dövlət Universitetinin hüquq, ABŞ-nin Chicago-Kent College of Law hüquq məktəbində təhsil alıb.
Özal Talıblı – Maliyyə, İnvestisiya və Əməliyyatlar blokunun rəhbəri
Özal Talıblı maliyyə, xəzinədarlıq və investisiyaların idarə edilməsi sahələrində peşəkar təcrübəyə malikdir.
O, “PAŞA Kapital”a qoşulmazdan əvvəl “Bank of Baku”da Xəzinədarlıq Departamentinin direktoru, “Azərpoçt” MMC-də Xəzinədarlıq Departamentinin rəhbəri, “PAŞA Həyat Sığorta”da İnvestisiyaların idarə edilməsi şöbəsinin müdiri və “PAŞA Sığorta”da İnvestisiyaların idarə edilməsi xidmətinin rəhbəri vəzifələrində çalışıb.
Karyerasının əvvəlki mərhələsində Azərbaycan Mərkəzi Bankında investisiya mütəxəssisi kimi fəaliyyət göstərib. Bununla yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetində korporativ maliyyə, Bakı Mühəndislik Universitetində isə investisiya təhlili, bank işi və sığorta istiqamətləri üzrə akademik fəaliyyətlə məşğul olub.
Özal Talıblı Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə bakalavr, Webster Vienna Private University-də maliyyə üzrə magistr, ADA Universitetində Mini-MBA təhsili alıb.
“Yeni struktur yalnız funksiyaların yenidən bölüşdürülməsi deyil, “PAŞA Kapital”ın növbəti inkişaf mərhələsi üçün daha çevik və effektiv idarəetmə modelinin formalaşdırılmasıdır. Biz müxtəlif istiqamətlər üzrə güclü yerli və beynəlxalq təcrübəyə malik peşəkarları vahid komandada bir araya gətirmişik. Bu komandanın təcrübəsi və kompetensiyaları qarşıdakı strateji dövrdə əsas gücümüz və üstünlüklərimizdən biri olacaq. Məqsədimiz müştəri ehtiyaclarına daha çevik cavab vermək, şirkətin inkişafını sürətləndirmək və Azərbaycanın kapital bazarında yaratdığımız dəyəri artırmaqdır”, – deyə “PAŞA Kapital”ın Baş İcraçı Direktoru İsi Mustafayev bildirib.
Yeni struktur “PAŞA Kapital”ın 2026–2029-cu illəri əhatə edən strateji fəaliyyət planının əsas elementlərindən biridir. Strategiya müştəriyönümlü yanaşmanın gücləndirilməsi, rəqəmsal həllərin genişləndirilməsi və əməliyyat səmərəliliyinin artırılması ilə yanaşı, Azərbaycanın kapital bazarının inkişafına davamlı töhfə verməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
10 saat sonra
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
-
1 saat əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
4 saat əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
4 saat əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
-
4 saat əvvəl
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
-
4 saat əvvəl
Sahibkarlar rəqabət siyasətinin hazırlanmasına daha fəal cəlb ediləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan özəl investisiyaların artımını rəqabət islahatları ilə stimullaşdıracaq
-
4 saat əvvəl
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Ən çox oxunanlar
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq
Azərbaycanda rəqabət üzrə ayrıca tədqiqat mərkəzi yaradılacaq
Fərid Şəfiyev yeni yaradılan Mərkəzə sədr təyin edildi
Hansı regionda rəqabət zəifdir? – Xüsusi xəritə hazırlanacaq
Dövlət müəssisələri üçün yeni rəqabət qaydaları gəlir
Azərbaycanda inhisarçılığa qarşı yeni plan təsdiqləndi
























