Latviyanın milli aviaşirkəti iflasın astanasında - 380 milyon avroluq borc
AirBaltic iflasdan müdafiə üçün müraciət edib. 350 milyon avro axtarır.Latviyanın milli aviadaşıyıcısı AirBaltic borc öhdəliklərinin restrukturizasiyası məqsədilə ABŞ-da iflasdan müdafiə proseduruna müraciət edib.
AirBaltic-in açıqlamasında bildirilir ki, şirkət borcların yenidən strukturlaşdırılması üçün ABŞ İflas Məcəlləsinin 11-ci fəsli — “Chapter 11” çərçivəsində kreditorlardan müdafiə almaq məqsədilə rəsmi müraciət edib.
Marja xəbər verir ki, şirkət bu proses müddətində əməliyyatlarını davam etdirmək üçün 350 milyon avro həcmində prosesdaxili maliyyələşdirmə öhdəliyi əldə etdiyini açıqlayıb.
Bildirilib ki, hüquqi proses sərnişinlərə və şirkətin gündəlik kommersiya fəaliyyətinə təsir etməyəcək. Bütün uçuşların planlaşdırıldığı kimi fasiləsiz davam edəcəyi, biletlərin və rezervasiyaların qüvvədə qalacağı vurğulanıb.
AirBaltic-in iflasdan müdafiə üçün müraciət qərarı şirkətin 380 milyon avro dəyərində istiqrazlarının sahiblərinin alternativ aralıq maliyyələşdirmə təklifini səsə qoyacağı mühüm toplantıdan bir gün əvvəl verilib.
Reaktiv yanacağın qiymətlərində artımdan əvvəl də maliyyə çətinlikləri yaşayan aviaşirkətin 2026–2027-ci illərdə fəaliyyətini maliyyələşdirmək üçün əlavə pul vəsaitinə ehtiyacı olduğu məlum idi.
Prosesin Latviyada keçiriləcək parlament seçkiləri ərəfəsinə təsadüf etməsi də diqqət çəkib.
AirBaltic-in səhmlərinin 88,4%-i Latviya dövlətinə məxsusdur. Şirkətin 10%-lik payını isə ötən il Almaniyanın Lufthansa AG aviaşirkəti alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
23 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























