“Bank Respublika”da növbədənkənar yığıncaq keçiriləcək
“Bank Respublika” əvvəlki səhmdar qərarlarını yenidən nəzərdən keçirəcək“Bank Respublika” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.
Marja.az xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək.
Yığıncağın gündəliyinə Bankın korporativ idarəetməsi, Müşahidə Şurasının tərkibi, Nizamnaməyə dəyişikliklər və aidiyyəti şəxslərlə nəzərdə tutulan müqavilələrin təsdiqi daxil olmaqla bir sıra mühüm məsələlər daxil edilib.
Gündəlikdə əvvəlki tarixlərdə keçirilmiş səhmdarların ümumi yığıncaqlarında bəzi məsələlər üzrə qəbul olunmuş qərarlara yenidən baxılması və həmin məsələlər üzrə yeni müvafiq qərarların qəbul edilməsi də nəzərdə tutulur.
Bundan başqa, səhmdarlar “Bank Respublika” ASC-nin Müşahidə Şurasının tərkibi ilə bağlı məsələni müzakirə edəcəklər.
Yığıncaqda Bankın Nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiqi, Bank tərəfindən aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan müqavilələrin təsdiqi və “Bank Respublika” ASC-nin Mükafatlandırma Siyasətinin qəbul edilməsi də gündəlikdə yer alıb.
İclasın gündəliyi ümumilikdə aşağıdakı məsələləri əhatə edir:
1. İclasın sədrinin və katibinin təyin edilməsi;
2. İclasın gündəliyinin təsdiq edilməsi;
3. Əvvəlki ümumi yığıncaqlarda bəzi məsələlər üzrə qəbul edilmiş qərarlara yenidən baxılması və müvafiq qərarların qəbul edilməsi;
4. “Bank Respublika” ASC-nin Müşahidə Şurasının tərkibi;
5. Bankın Nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiqi;
6. Aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan müqavilələrin təsdiqi;
7. Bankın Mükafatlandırma Siyasətinin təsdiqi;
8. Digər məsələlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
28 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























