ABŞ-da maliyyə böhranı riski artır – xəbərdarlıq edildi
ABŞ-da növbəti resessiya borc böhranı yarada bilər. “İldə 3 trilyon dollar faiz xərci davamlı deyil”"DoubleLine Capital"ın baş icraçı direktoru Jeffrey Gundlach ABŞ-da növbəti iqtisadi yavaşlamanın borc böhranına təkan verəcəyi və uzunmüddətli xəzinə istiqrazlarının gəlirliliyində kəskin artıma səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Gundlach bildirib ki, belə bir ssenari iqtisadi çətinlik dövrlərində istiqrazların həmişə “təhlükəsiz liman” funksiyasını yerinə yetirəcəyi barədə uzun illər formalaşmış təsəvvürə zidd nəticə yarada bilər.
Onun fikrincə, bu vəziyyət ABŞ Federal Ehtiyat Sistemini (FED) və ABŞ Maliyyə Nazirliyini qeyri-ənənəvi siyasət tədbirlərinə yönəldə bilər. Bunlara FED-in “Operation Twist” proqramına bənzər şəkildə uzunmüddətli istiqrazların alınması və daha ekstremal variant kimi borcların restrukturizasiyası daxil ola bilər.
Gundlach "DoubleLine" investisiya şirkətinin fondlarını faiz dərəcələrinin mümkün əlavə artımından qorumaq məqsədilə qısamüddətli aktivlərin payını artırdığını bildirib.
Nyu-Yorkda keçirilən tədbirdə çıxış edən Gundlach deyib:
“Əgər resessiya baş verərsə, maliyyə vəziyyətinə inanılmaz dərəcədə böyük diqqət yönələcək. Büdcə kəsiri asanlıqla ÜDM-in 12%-nə çata bilər. Bu isə ehtimal ki, ildə 3 trilyon dollarlıq faiz xərci yaradar və bunu davam etdirmək mümkün deyil”.
Gundlach-ın açıqladığı ssenari kifayət qədər ekstremal hesab olunsa da, onun fikirləri investorların sabit gəlirli qiymətli kağızların portfel diversifikasiyasında roluna dair artan narahatlıqlarını əks etdirir.
İstiqrazlar ənənəvi olaraq iqtisadi zəifləmə dövrlərində səhm portfellərindəki itkiləri kompensasiya edən aktivlərdən biri hesab olunur.
Lakin Gundlach, 2020-ci ildən bəri qızıl və mis qiymətləri ilə ABŞ xəzinə istiqrazlarının gəlirliliyi arasında əvvəllər müşahidə edilən əlaqələrin pozulmasını faizlərin uzunmüddətli istiqamətinin yuxarı döndüyünü göstərən “rejim dəyişikliyi”nin əlaməti kimi qiymətləndirir.
Onun sözlərinə görə, ABŞ dolları da artıq Amerika səhmləri ilə əvvəlki qədər güclü əks korrelyasiya nümayiş etdirmir.
İqtisadi daralma iqtisadi aktivliyin zəifləməsi deməkdir. Yəni ölkədə istehsal, satış, investisiya və gəlirlər əvvəlki dövrlə müqayisədə azalır və ya artım tempi ciddi zəifləyir. Adətən belə dövrdə şirkətlərin satışları və mənfəəti azalır, işə qəbul zəifləyir, işsizlik arta bilər, istehlakçılar xərclərini azaldır, investisiyalar yavaşıyır və kreditə tələbat zəifləyə bilər. Əgər bu zəifləmə daha geniş və davamlı xarakter alırsa, buna resessiya deyilir. Sadə desək:
İqtisadi daralma = iqtisadiyyatın “soyuması” və fəaliyyətin azalmasıdır.
Məsələn, ABŞ-da iqtisadi daralma baş verərsə, şirkətlərin gəlirləri zəifləyə, işsizlik arta, vergi daxilolmaları azala və dövlət büdcəsinin kəsiri böyüyə bilər. Gundlach da məhz belə bir ssenarinin ABŞ-ın borc problemini ağırlaşdıra biləcəyini deyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
17 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























