Hörmüz boğazında neft tankeri vurulub
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) Hörmüz boğazında bir neft tankerinin mənşəyi və növü məlum olmayan sursatla vurulduğunu açıqlayıb.
UKMTO-nun məlumatına görə, hücum nəticəsində tankerdə yanğın baş verib. Daha sonra yanğın söndürülüb, ekipaj üzvləri arasında ölən və yaralanan olmayıb.
Hadisə nəticəsində ətraf mühitə hər hansı zərər barədə məlumat daxil olmayıb. Səlahiyyətli qurumlar insidentin miqyasını və təfərrüatlarını araşdırırlar.
İran tankerin vurulduğunu açıqlamışdı
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından “qanunsuz” şəkildə keçməyə cəhd edən Toqo bayraqlı neft tankerinin vurulduğunu bildirib.
İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin yaydığı yazılı açıqlamada qeyd olunub ki, Toqo bayrağı altında üzən “Trend” adlı neft tankeri bir gün əvvəl ABŞ ordusunun “təhriki” və “aldatması” nəticəsində Hörmüz boğazından “qanunsuz” şəkildə keçməyə çalışarkən hədəfə alınıb.
Bildirilib ki, gəmi vurularaq dayandırılıb və tankerdə yanğın baş verib.
İran tərəfi həmçinin Hörmüz boğazından “qanunsuz” keçməyə cəhd edən istənilən gəminin “məhv ediləcəyini” bəyan edib.
İran ABŞ və İsrailin 28 fevral tarixində həyata keçirdiyi hücumlardan sonra başlayan müharibə fonunda Hörmüz boğazından keçidləri dayandırmış və “icazəsiz” şəkildə keçməyə çalışan gəmiləri hədəfə almağa başlamışdır.
İyunun 17-də İran və ABŞ arasında imzalanmış anlaşma memorandumundan sonra boğazdan keçidlərə yenidən icazə verilmişdi.
Lakin İran ABŞ ilə razılaşmanın icrası ilə bağlı yaranmış fikir ayrılıqları fonunda iyulun 8-də yenidən alovlanan döyüşlərdən sonra iyulun 12-də Hörmüz boğazını yenidən bağlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
16 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















