Asiya İnkişaf Bankı: Azərbaycan 2026-cı ilin sonunadək uçot dərəcəsini sabit saxlayacaq
Azərbaycan 2026-cı ildə uçot dərəcəsini sabit səviyyədə saxlayacaq.
Bu barədə Asiya İnkişaf Bankının (ADB) "Asiyanın inkişaf perspektivləri" hesabatında bildirilir.
ADB qeyd edir ki, 2026-cı ilin sonunadək regiondakı pul-kredit siyasətinin istiqamətləri daxili inflyasiya göstəriciləri və tələb dinamikasındakı fərqlərə görə fərqli xarakter daşıyacaq.
Hesabata əsasən, cari ildə Banqladeş, Hindistan, İndoneziya, Pakistan, Filippin və Vyetnam kimi dövlətlərdə inflyasiya təzyiqləri yarandıqda pul-kredit siyasətinin əlavə sərtləşdirilməsi imkanı saxlanılır. Bununla yanaşı, Ermənistan, Azərbaycan, Malayziya, Çin və Tailandda uçot dərəcələri əsasən sabit səviyyədə qalacaq. Cari il ərzində Qazaxıstan, Tacikistan və Özbəkistanda isə siyasətin yumşaldılması proqnozlaşdırılır.
ADB vurğulayıb ki, 2027-ci ildə inflyasiya proseslərinin tədricən zəifləməsi ilə regionda pul-kredit siyasəti yumşalma istiqamətinə keçid edəcək. "Qazaxıstan və Özbəkistan 2027-ci ildə bu il faiz dərəcələrinin aşağı salınmasının ardınca yumşalma kursunu davam etdirəcək və bu, regionda ən əhəmiyyətli kumulyativ endirimləri təmin edəcək.
Gürcüstan, Pakistan, Şri-Lanka və Tacikistanda da daha aşağı dərəcələr gözlənilir. Bir sıra digər ölkələrdə isə dərəcələr faktiki olaraq eyni səviyyədə qalacaq, halbuki Azərbaycanda valyuta bazarındakı müsbət şərait və tarazlaşdırılmış inflyasiya riskləri fonunda onların mülayim artımı ehtimal edilir", - icmalda bildirilib.
Ümumiyyətlə, mütəxəssislər belə qənaətdədirlər ki, uçot dərəcələri Yaxın Şərqdəki münaqişənin gərginləşməsindən öncəki səviyyələrə doğru pilləli şəkildə yaxınlaşacaq, lakin yumşalmanın dəqiq sürəti və həcmi bilavasitə inflyasiyanın gedişatından, iqtisadi artım tempindən və xarici risk amillərindən asılı olacaq.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə heyəti iyulun 31-də keçirilən son iclasında uçot dərəcəsini 6,5 % səviyyəsində saxlamağa qərar verib.
2025-ci ildə Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı 8 iclas keçirib. Onlardan 6-da parametr dəyişməz qalıb və ikisində tənzimləyici onu azaltmaq qərarına gəlib - hər dəfə 25 bənd.
Faiz dəhlizinin parametrlərinə dair qərarın verilməsi bu günə, sentyabrın 23-nə planlaşdırılıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
11 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















