Hər 1 manat xaricə köçürməyə düşən daxilolma 5,9 manatdan 3,5 manata enib
Azərbaycana daxil olan pul köçürmələrinin sayı və məbləği azalıb. Azərbaycana daxil olan pul köçürmələrinin sayı bir ayda 56 min, məbləği 115,5 milyon manat azalıb .Xaricdən sürətli pul köçürmələrinin sayı bir ayda 20% azalıb
2026-cı ilin Avqust ayında sürətli pul köçürmə sistemləri ilə ölkəyə daxilolmaların sayı avqustda 221,2 min olub.
Marja.az Azərbaycan Mərkəzi Bankının “Statistik bülleten”inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbər verir ki, İyulla müqayisədə 56,2 min və ya 20,3%, 2025-ci ilin dekabrından 23,3%, ötən ilin avqustundan isə 18,5% azalma qeydə alınıb.
Ölkəyə daxil olan sürətli pul köçürmələrinin məbləği bir ayda 115,5 milyon manat azalıb
Sürətli pul köçürmə sistemləri ilə banka daxilolmaların məbləği avqustda 133,1 milyon manat olub. İyulda məbləğ 248,6 milyon manat idi. Bir ayda 115,5 milyon manat və ya 46,5% azalma qeydə alınıb. Göstərici 2025-ci ilin dekabrından 18%, ötən ilin avqustundan 18,6% aşağıdır.
Orta pul köçürməsi 896 manatdan 602 manata düşüb
Ölkəyə daxil olan bir sürətli pul köçürməsinin orta məbləği 601,5 manat təşkil edib. İyulda göstərici 896,3 manat idi. Aylıq azalma 294,8 manat və ya 32,9%-dir. Ötən ilin avqustundakı 603,2 manatla müqayisədə göstərici də cüzi aşağıdır.
Xaricə pul köçürmələrinin sayı bir ayda 15% azalıb - Bankdan kənara sürətli pul köçürmələri 51,5 minə düşüb
Ölkədən kənara sürətli pul köçürmələrinin sayı avqustda 51,5 min olub. İyulla müqayisədə 9,4 min və ya 15,4%, 2025-ci ilin dekabrından 50,3%, ötən ilin avqustundan isə 20,9% azalma qeydə alınıb.
Xaricə köçürülən pulun həcmi 38 milyon manata düşüb
Ölkədən kənara sürətli pul köçürmələrinin həcmi 38,1 milyon manat olub. İyulla müqayisədə 3,8 milyon manat və ya 9,1%, 2025-ci ilin dekabrından 9,6 milyon manat və ya 20,1% azalma qeydə alınıb. Ötən ilin avqustu ilə müqayisədə göstərici demək olar dəyişməyib.
Xaricə bir pul köçürməsinin orta məbləği 739 manata yüksəlib
Xaricə bir sürətli pul köçürməsinin orta məbləği 739 manata çatıb. İyulla müqayisədə artım 7,3%, 2025-ci ilin dekabrı ilə müqayisədə 60,5%, ötən ilin avqustu ilə müqayisədə isə 26% təşkil edib. Eyni zamanda köçürmələrin sayı həmin müqayisələrdə azalıb. sb-Avqust-2026
Sürətli pul köçürmələri üzrə xalis daxilolma bir ayda 54% azalıb - Ölkəyə xalis pul axını 207 milyondan 95 milyon manata düşüb
Sürətli pul köçürmələri üzrə daxilolmalarla xaricə köçürmələr arasındakı fərq avqustda 95 milyon manat olub. İyulda xalis fərq 206,7 milyon manat idi. Beləliklə, bir ayda 111,7 milyon manat və ya 54% azalma baş verib. Göstərici 2025-ci ilin dekabrından 17,1%, ötən ilin avqustundan 24,2% aşağıdır.
Daxil olan və çıxan pul köçürmələri arasındakı nisbət kəskin zəifləyib - Hər 1 manat xaricə köçürməyə düşən daxilolma 5,9 manatdan 3,5 manata enib
Hesablamalara görə, sürətli pul köçürmələrində daxilolmaların xaricə köçürmələrə nisbəti iyuldakı 5,93 dəfədən avqustda 3,49 dəfəyə düşüb. Nisbət bir ayda təxminən 41% zəifləyib. Ötən ilin avqustunda bu göstərici 4,28 dəfə idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 25 d. əvvəl
- 45 d. əvvəl
-
46 d. əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
52 d. əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 56 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
-
1 saat əvvəl
İnvestorlar niyə Azərbaycanı seçir? Ölkəmizin yeni iqtisadi üstünlükləri
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Rəsmi məzənnələr açıqlandı
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Ən çox oxunanlar
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Prezident: Azərbaycanda yeni neft-qaz bumu mümkündür
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
























