PAŞA Bank investisiya forumunda: Xarici və yerli kapitalın birləşməsi yeni imkanlar yaradır
Bəhruz Nağıyev: Banklar özəl sektorun maliyyələşdirilməsində əsas rol oynayır. Yerli və xarici kapitalın bir araya gəlməsi investisiya mühitini gücləndirirPAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF) iştirak edib və “Beynəlxalq maliyyə əməkdaşlığı: artım naminə tərəfdaşlıqların qurulması” mövzusunda panel müzakirəsində çıxış edib.
Prezident İlham Əliyevin himayəsi altında 25–26 sentyabr tarixlərində Bakıda keçirilən forum beynəlxalq investorları, dövlət qurumlarını, şirkətləri və maliyyə institutlarını bir araya gətirərək Azərbaycanın investisiya imkanlarının təqdim edilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün platforma yaradır.
Panel müzakirəsinin ilk hissəsində qlobal maliyyə mühiti və onun regiona təsiri, infrastruktur və sənaye layihələrinin maliyyələşdirilməsində beynəlxalq kapitalın rolu, inkişaf bankları və investorların iştirakı, eləcə də kredit reytinqlərinin investor etimadına təsiri müzakirə olunub. Panelin ikinci hissəsi Azərbaycanın regiondakı strateji mövqeyinə həsr edilib.
Bəhruz Nağıyev çıxışı zamanı Azərbaycanda investisiya imkanlarının qiymətləndirilməsi, investor etimadının gücləndirilməsi və özəl sektorun maliyyələşdirilməsində bankların rolu barədə fikirlərini bölüşüb. O qeyd edib ki, yerli və xarici kapitalın bir araya gəlməsi investisiya mühitinin inkişafına və biznes üçün yeni maliyyələşmə imkanlarının formalaşmasına şərait yaradır.
PAŞA Bank 2007-ci ildə yaradılıb və Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. Bank korporativ və kiçik və orta sahibkarlıq müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və digər maliyyə xidmətləri təqdim edir. Bankın əsas fəaliyyət istiqamətlərindən biri qeyri-neft sektorunun inkişafına və real sektorun maliyyə ehtiyaclarının qarşılanmasına töhfə verməkdir. PAŞA Bank Azərbaycandan əlavə, Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir.
Bank son illərdə kapital bazarlarının inkişafını strateji prioritetlərindən biri kimi müəyyənləşdirib. 2026-cı ildə PAŞA Bankın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) uğurla başa çatıb. IPO çərçivəsində Bank daha geniş investor bazası ilə münasibətlərin inkişaf etdirilməsi və korporativ idarəetmə və şəffaflıq standartlarının daha da gücləndirilməsini hədəfləyib.
2026-cı ilin ilk yarısının nəticələrinə əsasən, PAŞA Bankın konsolidə edilmiş aktivləri 9,98 mlrd AZN, kapitalı isə 1,01 mlrd AZN təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
36 d. əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 50 d. əvvəl
-
3 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
4 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 6 saat əvvəl
-
6 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
7 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
7 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
7 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək




























