AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
AMD-dən nəhəng süni intellekt sövdələşməsi – 8,2 milyard dollar xərcləyir. Çip nəhəngindən böyük AI yatırımı – AMD 8,2 milyard dollar ödəyəcək.ABŞ-ın yarımkeçirici istehsalçısı AMD süni intellekt sahəsində imkanlarını genişləndirmək məqsədilə “World Labs” şirkətini təxminən 8,2 milyard dollara satın almaq barədə razılığa gəlib.
Marja AMD-nin açıqlamasına istindən xəbər verir ki, süni intellekt sahəsinin tanınmış alimlərindən Dr. Fei-Fei Linin rəhbərlik etdiyi “World Labs”ın alınması ilə bağlı yekun müqavilə imzalanıb.
Əməliyyat başa çatdıqdan sonra dünyanın müxtəlif ölkələrində çalışan tədqiqatçılar və süni intellekt modeli üzrə mütəxəssislərdən ibarət “World Labs” komandası AMD-yə qoşulacaq.
Şirkət bildirir ki, satınalma AMD-nin yeni nəsil süni intellekt modelləri və tətbiqlərinin tələblərinə uyğun aparat təminatı, proqram təminatı və hesablama sistemləri hazırlamaq imkanlarını gücləndirəcək.
Sövdələşmənin dəyəri 8,2 milyard dollardır
Tamamilə AMD səhmləri hesabına həyata keçirilməsi nəzərdə tutulan əməliyyatın dəyəri təxminən 8,2 milyard dollar təşkil edir.
Satınalmanın tənzimləyici qurumların razılığının alınması və digər standart bağlanış şərtlərinin yerinə yetirilməsindən sonra 2026-cı ilin sonunadək tamamlanacağı gözlənilir.
AMD qeyd edib ki, süni intellekt texnologiyalarının məntiqi mühakimə, robototexnika, simulyasiya və fiziki süni intellekt istiqamətlərinə doğru genişlənməsi hesablama infrastrukturuna olan tələbləri də dəyişir.
“World Labs”ın qabaqcıl süni intellekt modellərinin hazırlanması sahəsində təcrübəsinin AMD-yə yeni iş yüklərinin xüsusiyyətlərini daha yaxşı anlamağa və gələcək texnologiya yol xəritəsini formalaşdırmağa kömək edəcəyi bildirilir.
Satınalma AMD-nin açıq ekosistem əsasında süni intellekt infrastrukturu təqdim etmək strategiyasını da gücləndirməlidir.
World Labs nə ilə məşğuldur?
San-Fransiskoda yerləşən “World Labs” mətn, şəkil və video məlumatlarından interaktiv üçölçülü mühitlər yarada, onları yenidən qura və simulyasiya edə bilən məkan intellekti — “spatial intelligence” modelləri hazırlayır.
Şirkət, həmçinin robotların öyrədilməsi və müxtəlif fiziki mühitlərin süni şəkildə modelləşdirilməsi üçün istifadə olunan simulyasiya texnologiyaları üzərində işləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
17 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























