"OpenAI" "Microsoft"a rəqib olur
OpenAI ofis proqramları paketinə bənzəyən “ChatGPT Space” xidmətini təqdim edərək Microsoft ilə rəqabətini genişləndirir. Yeni xidmət komandaların süni intellektin dəstəyi ilə birgə işləməsinə, sənədlər və təqdimatlar hazırlamasına imkan verir.
Marja xəbər verir ki, "OpenAI" irkəti “DevDay 2026” tədbirində biznes komandaları üçün nəzərdə tutulan “ChatGPT Space” adlı ortaq iş və məhsuldarlıq məkanını təqdim edib.
“ChatGPT Space” komanda üzvlərinin əlavə olunduğu və ortaq məqsədlər üzərində ChatGPT ilə birlikdə işlədiyi paylaşılan iş məkanı kimi təsvir edilir. OpenAI rəsmi açıqlamasında xidməti süni intellekt və komanda ilə birlikdə işləri tamamlamaq üçün yeni məkan adlandırır. Bu məkan əvvəlki işlərdən yararlanaraq birgə hazırlanan materialları inkişaf etdirməyə imkan verir.
“ChatGPT Space” necə işləyir?
İstifadəçi ChatGPT-dən söhbəti səhifəyə və ya slaydlar toplusuna çevirməyi istəyir. Süni intellekt modeli ehtiyacı dəqiqləşdirmək üçün suallar verir, sonra real vaxtda formalaşan ilkin variant hazırlayır.
İstifadəçi bu variantı redaktə edə, ChatGPT-dən ona yenidən baxmasını istəyə və ya başqa bir şəxsi birbaşa dəyişiklik etmək üçün iş məkanına dəvət edə bilər.
OpenAI əvvəldən Microsoft-un yaxın tərəfdaşı olsa da, şirkətin ofis proqramları paketlərini xatırladan yeni funksiyalarla onun əsas gəlir mənbələrindən olan iş mühiti proqramları bazarında fəaliyyətini genişləndirir.
OpenAI-nin baş icraçı direktoru Sem Altman təqdimat zamanı bildirib: “Səhifələriniz və fayllarınız bulud yaddaşında olduğu kimi Space daxilində bir yerdə toplanır. Lakin bu məkanlar canlı quruluşa malikdir”.
PowerPoint-ə də rəqib həll təqdim olunub
OpenAI birgə işləməyə imkan verən slayd funksiyası ilə PowerPoint-ə də rəqib həll təqdim edib. Slaydları ChatGPT daxilində söhbət vasitəsilə yaratmaq mümkündür.
Hazırlandıqdan sonra bir neçə əməkdaş və süni intellekt agenti slaydlar üzərində birlikdə işləyə, şərhlər əlavə edə və redaktələr apara bilər.
OpenAI Microsoft-un fəaliyyət sahəsinə doğru irəlilədiyi bir vaxtda Microsoft və Salesforce kimi proqram təminatı şirkətləri də məhsullarında süni intellektin rolunu artırırlar. Proqram təminatı sənayesi dəyişən şəraitə uyğunlaşmağa çalışarkən, hər iki şirkət ötən il ərzində çoxsaylı süni intellekt məhsulları təqdim edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
14 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















