Cənubi Koreya Mərkəzi Bankı 13 ildən sonra qızıl alacaq
Cənubi Koreya Mərkəzi Bankı (BOK) dekabr ayında təxminən 1 ton ölkə daxilində istehsal edilmiş qızıl almağı planlaşdırır. Bu, bankın 2013-cü ildən bəri həyata keçirəcəyi ilk fiziki qızıl alışı olacaq.
Marja.az xəbər verir ki, hakim partiyadan olan deputat Jung Tae-honun açıqlamasına görə, Mərkəzi Bank yerli istehsal qızılının ticarəti üçün zəruri sistemi qurduqdan sonra ilk əməliyyatı təxminən 14 dekabr 2026-cı ildə həyata keçirməyi nəzərdə tutur.
Cənubi Koreya Mərkəzi Bankının avqustun sonuna olan məlumatına görə, 104,4 ton fiziki qızıl ehtiyatı var. Bu qızılın bazar qiyməti ilə dəyəri 14,88 milyard dollar təşkil edir.
Qızıl ehtiyatlarının dəyəri ölkənin ümumi valyuta ehtiyatlarının təxminən 3,4%-nə bərabərdir.
Bundan əlavə, Mərkəzi Bank iyunun sonuna 250 milyon dollar dəyərində qızıl birja investisiya fondlarına (ETF) sahib olub.
Bank orta və uzunmüddətli perspektivdə valyuta ehtiyatlarının strukturunda qızılın payını mərhələli şəkildə artırmağı planlaşdırır.
Cənubi Koreya Mərkəzi Bankı hesab edir ki, qızıl ehtiyatlarının artırılması mümkün maliyyə və iqtisadi böhranlar zamanı təhlükəsiz aktivlərin həcmini gücləndirməyə imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
19 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















