970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM

Sentyabrda artım zəifləyib, amma ehtiyatlar 15,36 milyard dollara çatıb. 9 aya 3,85 milyard dollar artım – AMB-nin ehtiyatları rekord səviyyədə.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2026-cı ilin sentyabr ayının sonunda 15 milyard 363,4 milyon ABŞ dollarına çatıb.

Marja.az AMB-nin açıqladığı məlumatlara istinadən xəbər verir ki, avqustun sonunda rəsmi valyuta ehtiyatları 15 milyard 301,3 milyon dollar təşkil edirdi. Beləliklə, cəmi bir ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 62,1 milyon dollar və ya 0,4% artıb.

2025-ci ilin sonu ilə müqayisədə isə artım daha böyükdür. 30 dekabr 2025-ci il tarixində AMB-nin rəsmi valyuta ehtiyatları 11 milyard 514,9 milyon dollar idi. Bu o deməkdir ki, 2026-cı ilin ilk 9 ayı ərzində ehtiyatlar 3 milyard 848,5 milyon dollar və ya 33,4% artıb.

Bir ildə 4 milyard dollardan çox artım

İllik müqayisədə də ciddi artım qeydə alınıb. 2025-ci ilin sentyabr ayının sonunda Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 milyard 310,5 milyon dollar təşkil edirdi. 2026-cı ilin sentyabrının sonunda isə göstərici 15 milyard 363,4 milyon dollara yüksəlib. Beləliklə, son bir ildə AMB-nin valyuta ehtiyatları 4 milyard 52,9 milyon dollar və ya 35,8% artıb.

2026-cı ildə sürətli yüksəliş

AMB-nin açıqladığı aylıq göstəricilər ehtiyatların 2026-cı ildə, xüsusilə ilin ikinci yarısında sürətlə artdığını göstərir. Yanvarın sonunda ehtiyatlar 11 milyard 563,5 milyon dollar olduğu halda, iyulun sonunda artıq 13 milyard 767,9 milyon dollara, avqustun sonunda isə 15 milyard 301,3 milyon dollara çatıb. Sentyabrda artım tempi xeyli zəifləsə də, ehtiyatlar yeni yüksək səviyyəyə – 15 milyard 363,4 milyon dollara yüksəlib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan Mərkəzi Bankı AMB valyuta ehtiyatları rəsmi valyuta ehtiyatları Azərbaycan valyuta ehtiyatları dollar ehtiyatları Mərkəzi Bank ehtiyatları 15 4 milyard dollar maliyyə bazarı Azərbaycan iqtisadiyyatı
02.10.2026 12:07
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19