970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

AzVak-mobil_resmin_ustu_31
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Yığıncaqda səsvermə Bankın Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən qiyabi şəkildə, Milli Depozit Mərkəzinin İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə baş tutub.

Səsvermə nəticəsində maliyyə nazirinin I müavini Anar Kərimov 3 il müddətinə ABB-nin Müşahidə Şurasının (MŞ) üzvü seçilib. Bununla bağlı Bankın Nizamnaməsində və MŞ haqqında Əsasnaməsində dəyişiklik edilib.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

©Report

02.10.2026 17:03
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19