970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

G7 bazara 100 milyon barel neft və dizel çıxaracaq – qiymətləri aşağı salmaq üçün təcili qərar

iç səhifə xəbər başlığı altı (mobil)_31
G7 bazara 100 milyon barel neft və dizel çıxaracaq – qiymətləri aşağı salmaq üçün təcili qərar
iç səhifə xəbər şəkil altı (mobil)_32

G7 ölkələri sürətlə yüksələn yanacaq qiymətlərinin qarşısını almaq məqsədilə strateji ehtiyatlardan 100 milyon barelədək neft və dizeli bazara çıxarmaq barədə razılığa gəlib.

Marja.az xəbər verir ki, qərarın icrası Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən koordinasiya olunacaq. Ehtiyatların bazara buraxılması qarşıdakı dörd ay ərzində həyata keçiriləcək.

Hazırda G7-yə sədrlik edən Fransa Prezidenti Emmanuel Makron qərarı keçirdiyi mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, əsas məqsəd bazarda yanacaq qiymətlərinin aşağı düşməsinə təkan vermək və təchizatla bağlı gərginliyi azaltmaqdır.

Qərarın açıqlanmasından sonra dünya neft bazarında qiymətlər geriləyib. Brent markalı neftin qiyməti yenidən bir barel üçün 100 dollardan aşağı düşüb.

Plan çərçivəsində ilk mərhələdə dizel ehtiyatlarının bazara çıxarılmasına xüsusi üstünlük veriləcək. Bununla G7 ölkələri xüsusilə dizel bazarında yaranmış qiymət təzyiqini qısa müddətdə azaltmağa çalışırlar.

ABŞ Prezidenti Donald Tramp da Avropanın böyük həcmdə yığılmış dizel ehtiyatlarının əhəmiyyətli hissəsini bazara çıxarmağa razılıq verdiyini açıqlayıb.

Tramp Truth Social sosial şəbəkəsində paylaşım edərək prosesin dərhal başlayacağını bildirib.

G7-nin bu addımı enerji bazarında təklifin artırılması və yüksək yanacaq qiymətlərinin istehlakçılara və iqtisadiyyata təsirinin yumşaldılması məqsədi daşıyır.

05.10.2026 08:12
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar