“PAŞA Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
“PAŞA Bank” ASC nizamnamə kapitalının artırılması məsələsini səhmdarların müzakirəsinə çıxaracaq.
Marja.az xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı 16 noyabr 2026-cı il tarixində keçiriləcək.
Bankın İdarə Heyətinin yaydığı bildirişə əsasən, yığıncağın gündəliyində əsas məsələlərdən biri bank tərəfindən emissiya edilmiş səhmlərin kütləvi təklif üsulu ilə yerləşdirilməsinin (IPO) yekunları nəzərə alınmaqla nizamnamə kapitalının artırılması və bununla əlaqədar nizamnaməyə müvafiq dəyişikliklərin edilməsidir.
Bununla yanaşı, bankın nizamnaməsinə nəzərdə tutulan dəyişikliklərlə bağlı “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Mərkəzi Bankına müraciət edilməsi məsələsi də müzakirə olunacaq.
Səhmdarlar həmçinin nizamnaməyə ediləcək dəyişikliklərin imzalanması, ümumi yığıncağın qərarlarının icrası, tənzimləyici və dövlət orqanları qarşısında bankın təmsil edilməsi üçün İdarə Heyətinin sədri Cavid Quliyev Cavid Həsən oğluna müvafiq səlahiyyətlərin verilməsini nəzərdən keçirəcəklər.
Yığıncaq “PAŞA Bank”ın nizamnaməsinə uyğun olaraq Milli Depozit Mərkəzi tərəfindən yaradılmış İnvestor Portalındakı şəxsi kabinet vasitəsilə elektron qaydada keçiriləcək.
Gündəlik üzrə materiallar və səsvermə bülleteni 19 oktyabr 2026-cı il tarixindən səhmdarların şəxsi kabinetlərində yerləşdiriləcək. Səhmdarlar gündəlikdəki məsələlərə münasibətlərini 19 oktyabr – 15 noyabr tarixlərində elektron formada bildirə biləcəklər.
Səslərin sayılması noyabrın 16-da həyata keçiriləcək.
IPO zamanı 51 milyon manatdan çox səhm yerləşdirilib
Qeyd edək ki, “PAŞA Bank” 2026-cı ildə Azərbaycanda özəl bank tərəfindən həyata keçirilən ilk ilkin kütləvi səhm təklifini (IPO) reallaşdırıb.
Bankın rəsmi məlumatına görə, iyunun 19-da Bakı Fond Birjasında 932 min 926 ədəd adi adlı səhmin yerləşdirilməsi başa çatıb. Hər səhmin yerləşdirmə qiyməti 55 manat, emissiyanın ümumi həcmi isə 51 milyon 310 min 930 manat təşkil edib.
IPO çərçivəsində investorlardan ümumilikdə 66,3 milyon manatlıq sifariş daxil olub. Təklifdə 17 min 960 investor iştirak edib.
IPO-nun əsas göstəriciləri:
Yerləşdirilmiş səhmlər: 932 926
Yerləşdirmənin həcmi: 51,31 mln ₼
İnvestor sayı: 17 960
Sifarişlərin məbləği: 66,3 mln ₼
Beləliklə, noyabrın 16-na təyin edilmiş növbədənkənar ümumi yığıncaqda bankın IPO nəticələrinin nizamnamə kapitalında və təsis sənədlərində əks etdirilməsi məsələsinə baxılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
22 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























