Beyləqanda saxlayır, yayda Ağcakəndə aparır
Respublikamızda arıçılığın inkişaf etdiyi bölgələrdən biri də Laçın rayonu olub. Füsunkar təbiəti, əlverişli iqlimi, zəngin bitki örtüyü burada arıçılığın inkişafını şərtləndirirdi. 1992-ci ildə rayonun Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi digər sahələrlə yanaşı, arıçılığa da zərbə vurdu. İşğal nəticəsində rayonun digər sərvətləri kimi, minlərlə arı ailəsi də erməni qəsbkarları tərəfindən talan edildi. Buna baxmayaraq, ölkəmizin müxtəlif bölgələrində məskunlaşan laçınlı məcburi köçkünlər arıçılıq təsərrüfatlarını yenidən quraraq ata-babadan qalan bu sahəni yaşatmaqdadırlar.
Laçın Rayon Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, hazırda laçınlı məcburi köçkünlərin təsərrüfatlarında 6850 arı ailəsi var. Belə təsərrüfatlardan biri də Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış Marks Vəliyevə məxsusdur.
Marks Vəliyev müsahibəsində deyib: “Ata-babadan arıçılıqla məşğuluq. Aran bölgəsi Laçının dağlarının, yaylaqlarının, çəmənlərinin yerini verməsə də, çətinliklərə baxmayaraq, ənənəni davam etdirirəm. Hazırda təsərrüfatımda 100 arı ailəsi var. Arıları Beyləqan rayonu ərazisində saxlayır, yay aylarında isə Ağcakənd yaylağına aparıram. Buranın təbiəti bizim dağlara uyğundur. Laçında gördüyüm çiçəklərin çoxu burada da var”.
Havaların soyuması ilə əlaqədar olaraq artıq arıçılıqda qışlama dövrü başlayıb. Odur ki, müsahibim də arılara payız qulluğu edirdi.
“Bal götürdükdən sonra arı ailələri qışlama vəziyyətinə gətirilir. Pətəyin içərisindəki çərçivələr bir tərəfə yığılır, boş çərçivələr çıxarılır və arakəsmə qoyulur. Bu zaman arıların qış yeminə xüsusi diqqət yetirmək lazımdır. Ağ şanlı bal götürülməli, qara şanlı bal isə arının qış yemi üçün saxlanılmalıdır. Özü də çərçivələrin yarısı bal, yarısı isə açıq olmalıdır. Hər bir pətəyə qış yemi arının sayından asılı olaraq 10-15 kiloqram qoyulmalıdır. Pətəkdəki uçuş bacası daraldılmalı, parazitlərə qarşı dərmanlama apardıqdan sonra yeşiklərə istilik verilməlidir. İstilik üçün pətəyə qoyulan parçanın pambıqdan olması daha məqsədəuyğundur. Çünki pambıq parça yeşikdəki rütubəti götürür”, – deyə M.Vəliyev bildirib.
Arıçı bu il pətəklərdən 800 kiloqramdan artıq bal, 10 kiloqram güləm, 3 kiloqramdan çox vələmum, 200 qram arı südü götürüb. Arılar Beyləqanda olarkən əsasən akasiya, biyan, qanqal, yonca, yaylaqlarda isə qarışıq çəmən balı toplayırlar. Aran bölgəsinin ən keyfiyyətli balı akasiya və biyandan yığılmış bal hesab edilir.
M.Vəliyev hər il Bakı şəhərində keçirilən bal yarmarkasında iştirak edir. Bu il oktyabrın 10-dan noyabrın 5-dək keçiriləcək arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına 350 kiloqram bal, həmçinin arı südü, güləm, vələmum çıxaracaq.
Marks Vəliyevin ən böyük arzusu isə doğma torpaqlarına qayıtmaqdır:
“Laçın üçün çox darıxıram. Cənnət yurduma qayıdacağım günü səbirsizliklə gözləyirəm. İnanıram ki, torpaqlarımız işğaldan azad ediləcək və arıçılıq təsərrüfatımı Laçının allı-güllü yaylaqlarında genişləndirəcəm”.
©Azərtac
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 6 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
14 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)



.jpg)






