Şəkərli diabetlə mübarizədə fərqlənən insanlar üçün mükafat təsis edilib - AZƏRBAYCANDA

Heydər Əliyev Fondu və “Novo Nordisk” şirkəti əhali arasında şəkərli diabetə qarşı mübarizədə maarifləndirməni artırmaq məqsədilə birgə layihənin həyata keçirilməsinə başlayıb.
Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq şəkərli diabetlə mübarizədə fərqlənən insanlar üçün mükafat təsis edilib.
Heydər Əliyev Fondunun və “Novo Nordisk” şirkətinin birgə təşəbbüsü ilə ölkəmizdə “Azerbaijan Changing DiabetesTM Awards” layihəsi çərçivəsində 4 nominasiya üzrə mükafatlar təqdim olunacaq.
Hər nominasiya üzrə qaliblər aşağıda göstərilən meyarlar üzrə müəyyənləşdiriləcək.
1. İlin ən yaxşı gənc tədqiqatçısı (Best young researcher of the year)
Bu nominasiyada şəkərli diabet üzrə elmi araşdırma və məqalə müəllifləri, elmi konfrans və seminarların fəal iştirakçısı olan, Beynəlxalq Diabet Federasiyasının tədbirlərində iştirak edən gənc tədqiqatçılara üstünlük veriləcək.
2. İlin ən yaxşı həkimi (Best doctor of the year)
Şəkərli diabetin müalicəsində innovativ metodlardan istifadə edən, elmi konfrans və seminarların fəal iştirakçısı olan, müasir protokollara əsasən pasiyentərini müalicənin erkən mərhələsində insulinə keçirtməyə təşəbbüs göstərən, HbA1c göstəricisi ciddi nəzarət altında saxlanılan pasiyentləri olan həkimlərə üstünlük veriləcək.
3. İlin ən yaxşı jurnalisti (Best journalist of the year)
Şəkərli diabet xəstəliyi ilə mübarizəyə dair, o cümlədən şəkərli diabet haqqında maarifləndirici yazı müəllifləri, şəkərli diabetlə bağlı tədbirlərdə iştirak edən jurnalistlər müraciət edə bilərlər. Şəkərli diabetli pasiyentlərin həyat tərzinin yaxşılaşdırlımasına yönəlmiş, həmçinin şəkərli diabetin müalicəsinin xərclərinə və onların optimallaşdırılmasına həsr olunmuş məqalə müəlliflərinə üstünlük veriləcək.
4. İlin ən yaxşı təlimçisi (Best educator of the year)
Bu nominasiya üzrə şəkərli diabeti olan pasiyentlərə diabet haqqında keyfiyyətli təlim keçən şəxslər mükafatlandırılacaq.
Mükafatın sahiblərini maraqlı hədiyyələr gözləyir.
Qeyd olunan nominasiyalar üzrə namizədlər müraciətlərini [email protected] email ünvanına göndərə bilərlər. Bu zaman namizədlərdən tərcümeyi-halı, özləri haqında ətraflı məlumatı və nominasiyaya uyğun sənədləri müraciətə əlavə etmələri xahiş olunur.
Müraciətlər 23 oktyabr - 1 noyabr 2017-ci il tarixlərində qəbul edilir. Bundan sonra ekspertlərdən ibarət Komitə üzvləri müraciətləri təhlil edərək hər nominasiya üzrə qalibləri müəyyənləşdirəcək.
“Azerbaijan Changing DiabetesTM Awards” mükafatı Noyabr ayında keçiriləcək mərasimdə təqdim olunacaq.
Hər il milyonlarla insan şəkərli diabetdən dünyasını dəyişir. Yüz milyonlarla insan isə şəkərli diabetdən əziyyət çəkir. Beynəlxalq Diabet Federasiyasının statistikasına əsasən, hazırda dünyada 415 milyon insan şəkərli diabetlə yaşayır və ehtimal olunur ki, bu rəqəm 2040-ci ilə qədər 640 milyona qədər artacaq. Şəkərli diabeti olan şəxslərin təqribən yarısı bilmir ki, onlarda şəkərli diabet var. Azərbaycanda hazırda şəkərli diabeti olan 200 mindən çox insan diaqnostika edilib.
Heydər Əliyev Fondu 2007-ci ildən başlayaraq Dünya şəkərli diabetlə mübarizə kampaniyasına qoşulub. Fond ictimaiyyətin diqqətini sağlamlığa ciddi təhlükə mənbəyi olan şəkərli diabetə yönəltmək və onun qarşısını almaq səylərinin artırılması istiqamətində müxtəlif layihələr icra edir. Xüsusilə də şəkərli diabeti olan uşaqların keyfiyyətli tibbi yardım almasına ciddi dəstək göstərilir. Heydər Əliyev Fondu ölkəmizdə şəkərli diabetdən əziyyət çəkənlərə dövlət qayğısına əsaslı dəstək verməklə, həm də sağlamlığımızın və genofondumuzun qorunmasında yaxından iştirak edir.
“Novo Nordisk" şəkərli diabetin müalicəsində ən yeni texnologiyalardan istifadə edən, dünya üzrə tanınan və bir əsrə yaxın tarixə malik şirkətdir. "Novo Nordisk" şirkəti dünyada şəkərli diabetlə yaşayan milyonlarla insana və gələcəkdə şəkərli diabetə tutulmaq riski olanlara öz dəstəyini ifadə edir. "Novo Nordisk" yüksək keyfiyyətli dərmanların istehsalında ən qabaqcıl şirkət olmaqla yanaşı, şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına da öz töhfəsini verir.
Müştərilərin xəbərləri

CFI 3-cü rübdə 1,55 trilyon dollar ticarət dövriyyəsinə çataraq yeni zirvəyə yüksəlib, sentyabrda isə aylıq rekordunu yeniləyib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
2 saat əvvəl
Qarabağ Dirçəliş Fondu tut bağının salınmasına maliyyə dəstəyi ayırıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 5 bankın kredit portfeli 1,5 milyard manatdan çoxdur
-
2 saat əvvəl
Bakı Fond Birjası Dünya Birjalar Federasiyasının tamhüquqlu üzvü olub
-
2 saat əvvəl
Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!
-
3 saat əvvəl
Azərbaycandan 42 milyard manatlıq büdcə - 3,1 milyard manatlıq kəsir nəzərdə tutulur
- 3 saat əvvəl
-
4 saat əvvəl
Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək
-
4 saat əvvəl
"Sizin Lombard" illik 15%-lə 7 il müdətinə 2 milyon manat cəlb etdi
-
4 saat əvvəl
Güzəşt ləğv olunur, maaşdan vergi ödəniləcək - ŞƏRTLƏR MƏLUM OLDU
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

“Azərbaycanfilm” studiyasına direktor təyin olunub

Azərbaycanda 5 bankın kredit portfeli 1,5 milyard manatdan çoxdur

Azərbaycandan 42 milyard manatlıq büdcə - 3,1 milyard manatlıq kəsir nəzərdə tutulur

Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək

"Sizin Lombard" illik 15%-lə 7 il müdətinə 2 milyon manat cəlb etdi
Ən çox oxunanlar

Güzəşt ləğv olunur, maaşdan vergi ödəniləcək - ŞƏRTLƏR MƏLUM OLDU

Azərbaycanda yaşayış minimumu 15 manat artırılır - 300 manat olacaq

CFI 3-cü rübdə 1,55 trilyon dollar ticarət dövriyyəsinə çataraq yeni zirvəyə yüksəlib, sentyabrda isə aylıq rekordunu yeniləyib

Mərkəzi Bank fırıldaqçılıq statistikasını açıqladı

Qızılın qiymətilə bağlı yeni proqnoz - "Qiymət çox şişmişdi"

Neft Fondunun aktivləri xarici dövlət borcunu 13 dəfə üstələyir
