“Zavodumuzun məhsullarına böyük tələbat var"
“SOCAR Metanol” şirkəti artıq bu il üçün nəzərdə tutulan istesal planını tam olaraq yerinə yetirib.
Bunu “Azərbycanda emal sənayesinin inkişafında yerli istehsalın dəstəklənməsi” mövzusunda Bakıda keçirilən tədbirdə “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev bildirib: “Bu il zavod fasiləsiz və təhlükəsiz istehsala davam edib”.
O qeyd edib ki, zavodda istehsal olunan məhsulun 95%-i SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac edilir: “Zavodun məhsullarına böyük tələbat var. İstehsal olunan məhsulun 5%-i daxili bazarda satılır. Daxili bazarda əsasən bir neçə müəssisəyə satış həyata keçirilir”.
Qeyd edək ki, Zavodda bu il 250 min ton metanol istehsalı proqnozlaşdırılırdı.
MMC-nin direktorunun sözlərinə görə, müəssisənin strateji hədəflərindən biri istehsalın artırılması və maya dəyərinin aşağı salınmasıdır.
O bildirib ki, dünyadakı metanol zavodlarının istehsalında “SOCAR Methanol”un payı 0,7% təşkil edir.
E.Mustafayev bu gün keçirilən tədbirin əhəmiyyətindən də danışaraq tədbirdən yerli satışın inkişaf etdirilməsi və Azəbaycandakı müəssisələrə daha çox məhsul satılmasının gözləntilər arasında olduğunu qeyd edib. Müəssisə rəhbəri bu cür tədbirlərin davamlı olacağına inandığını bildirib.
"SƏNAYE KLASTERLƏRİ YARADILA BİLƏR"
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodu böyük ixrac potensialına, eyni zamanda müəssisə ətrafında sənaye klasterlərinin yaradılması potensialına malikdir.
Bunu “Azərbaycanda emal sənayesinin inkişafında yerli istehsalın dəstəklənməsi” mövzusunda Bakıda keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
O qeyd edib ki, qarşıda duran əsas vəzifələrdən biri müəssisənin sabit, dayanıqlı fəaliyyətindən ibarətdir. "Ola bilər ki, Azərbaycanda metanol istehlakçısı azdır. Amma onun əsasında emal sənayesi yaratmaqla sayı artıra bilərik".
Nazir müavini Azərbaycanda emal sənayesi sahəsində görülən işlərdən də danışaraq qeyd edi b ki, emal sənayesinin inkişaf etdirilməsi istiqamətində bir çox işlər görülüb.
Qeyd edək ki, Qaradağ rayonunda yerləşən Metanol zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, bu ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
3 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
3 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
3 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
5 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
6 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
6 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
7 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®

























