“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Avropa Mərkəzi Bankının yumşaq pul-kredit siyasəti müddətini 2018-ci ilin sentyabr ayına kimi uzatması qərarı, foreks bazarlarında EUR/USD məzənnəsinin 1.1574$-a kimi ucuzlaşmasına səbəb olub. Təhlillərə əsasən, avro/dollar valyuta cütlüyünün qiyməti 1.1700$-ın altında qaldıqca, eniş dalğası 1.1470$-a kimi də davam edə bilər.
Eyni zamanda, Avrozonada çərşənbə axşamı Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq inflyasiya, işsizlik və iqtisadi inkişaf səviyyələri ilə bağlı önəmli statistik məlumatlar da investorların diqqət mərkəzindədir.
GBP
Dünya valyuta birjalarında keçən həftə ərzində avronun ucuzlaşmağa başlamasından sonra funtun qiymətində də 1.3069$-a kimi ucuzlaşmanın şahidi olsaq da, yeni həftənin ilk sessiyasında qiymətin 1.3143$-a kimi bahalaşdığı müşahidə edilir. Bahalaşmaya səbəb isə cümə axşamı saat 16:00-da açıqlanacaq İngiltərə Mərkəzi Bankı tərəfindən uçot faiz dərəcəsi ilə bağlı qərarda 0.25%-dən 0.50%-a kimi artım gözləntiləridir.
Qiymət 1.3188$-a kimi bahalaşaraq, bu səviyyənin üzərində qalarsa, artım dalğasının 1.3261$ və 1.3341$-a kimi də davam edə biləcəyi proqnozlaşdırılır.
TRY
USD/TRY məzənnəsi də 3.84TL-ə kimi bahalaşdıqdan sonra 3.78TL-ə kimi ucuzlaşıb. Türkiyə maliyyə bazarlarında dolların ucuzlaşması 3.77TL-ə kimi davam edərsə və bu səviyyənin altında ticarət edilərsə, məzənnə 3.73TL-ə kimi də ucuzlaşa bilər.
Bununla yanaşı, çərşənbə axşamı və cümə günü saat 11:00-da müvafiq olaraq açıqlanacaq Türkiyənin xarici ticarət dövriyyəsi və inflyasiya ilə bağlı önəmli fundamental məlumatların da məzənnəyə güclü təsir edəcəyi gözlənilir.
OIL
Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 60.55$-a kimi bahalaşdıqdan sonra 63.56$-a kimi də dəyər qazanacağı proqnozlaşdırılır. Amerikanın neft ehtiyatlarının azalması, neftə olan tələbin artmasına işarədir və bu, qiymətlərin də bahalaşmasına təsir edir.
GOLD
Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1263$-a (40.5 $/qram) kimi ucuzlaşdıqdan sonra 1274$-a (40.9 $/qram) kimi bahalaşıb. Təhlillərə əsasən, qiymət yenidən 1263$-a kimi ucuzlaşarsa, eniş dalğası 1252$-a (40.2 $/qram) kimi də sürətlənə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 16 saat sonra
-
- 12 d. əvvəl
- 17 d. əvvəl
-
22 d. əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“FINCA Azerbaijan” 15% ödəməyə hazırdır - 5 milyon manat da borclanacaq
-
3 saat əvvəl
Samuxda təhlükəli xəstəlik şübhəsi - Təsərrüfata giriş-çıxış məhdudlaşdırıldı
-
4 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
4 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti





















