Çox az sayda mənzillər qaldı – AYLIQ 375 MANATDAN
Bu yaxınlarda yüzlərlə ailənin üzü güləcək. Bir neçə layihəsini vaxtında yaşayışa təhvil verən və başladığı bütün binaların tikintisini də sürətlə davam etdirən “Kristal Abşeron” şirkəti, Yasamal rayonunda tikdiyi yaşayış kompleksini 2017-ci ilin sonundan təhvil verməyə başlayacaqdır. Təhvilin 2018-ci ilin Mart ayında tam başa çatdırılması nəzərdə tutulur.
Şirkətin “Şərifzadə” layihəsi 2 bloklu 16 mərtəbəli və mansardlı binadan ibarətdir. Binanın tikintisinə 2016 -cı ilin payızında başlanmışdı.Bir il müddətində tikinti işləri başa çatdırılıb və hazırda mənzillərin təmiri aparılır.
HƏR ŞEY “ƏLİNİZİN ALTINDA”
Mətbuat və Şərifzadə prospektlərinə çıxışı olan yaşayış kompleksinin yaxınlığında “İnşaatçılar” metrosu, ASAN Xidmət, banklar, 158 saylı orta məktəb, ticarət mərkəzləri, bazar,Rabitə qovşağı (ATS), Musabəyov parkı və s. yerləşir.
QIŞDA İSTİ, YAYDA SƏRİN MƏNZİLLƏR
“Kristal Abşeron” layihələrində “TexnoNikol” şirkətinin izolyasiya sistemlərindən istifadə edilir. Soyuğa, istiyə, nəmlənməyə dayanıqlı “TechnoNikol” şirkətinin izolyasiya məhsulları vulkanik daşlardan hazırlanır və bütün beynəlxalq standartlarlara cavab verir. “TexnoNikol” şirkətinin izolyasiya sistemləri (daş yunu) soyuq havada mənzili isti, isti havada isə sərin saxlayır.
EVİNİZİN TƏMİRİNDƏN RAZI QALACAQSINIZ
“Kristal Abşeron” şirkəti digər layihələrində olduğu kimi, “Şərifzadə” layihəsində də mənzilləri təmirli təhvil verəcəkdir. Mənzillər, İtaliyanın “Limonta şirkətinin divar kağızlarından, Rusiya istehsalı palıd parketdən, İspaniyanın “STN” firmasının kafel və metlaxlarından, Türkiyənin E.C.A. firmasnın istehsalı hamam aksesuarlarından istifadə olunaraq təmir edilir. Mənzillərə Türkiyə istehsalı seyf giriş qapısı qoyulur.“Şərifzadə” layihəsində binanın yeraltı avtomobil dayanacağı (qaraj) var.
AZ SAYDA MƏNZİL QALIB
“Şərifzadə” layihəsində mənzillərinböyük hissəsi satılıb. Çox az sayda qalan mənzillər tələsən alıcıların olacaqdır.Mənzillər,20 faiz ilkin ödənişi olan 25 illik ipoteka ilə (illik 7%) təklif olunur. Məsələn, 13230 manat ilkin, 375 manat aylıq ödənişlə 45 kv.m 1 otaqlı mənzilə sahib ola bilərsiniz.
Daha ətraflı: http://kristalabsheron.az/az/project/index/28
https://www.facebook.com/KristalAbsheron/
Tel: *1544
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























