Qaçaqmalçılardan "yeni gizlətmə üsulları" - GÖMRÜK TƏƏCCÜBLƏNİR
Son vaxtlar ölkənin gömrük ərazisinə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan malların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdlərin artması müşahidə olunur.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda deyilir ki, yəqin, bəzi işbazlar Yeni il "atəşfəşanlığı" üçün indidən "tədarük" görürlər. Qaçaqmalçılar, eyni zamanda, böyük bir canfəşanlıqla sözügedən malları nəyin bahasına olursa olsun ölkə ərazisinə gətirməyə cəhd edirlər. Lakin onlar öz məqsədləri üçün ən müxtəlif üsullarla gömrük nəzarətindən yayınmağa çalışsalar da, gömrük əməkdaşları pirotexniki məmulatı aşkara çıxarır, ölkə ərazisinə gətirilməsinə yol vermirlər.
Adətən minik avtomobillərində aşkar edilən bu mallar nəqliyyat vasitəsinin yük bölümündə, qapılarında, oturacaqlarında, qaz balonunun və ya yanacaq çəninin içərisində və digər xüsusi düzəldilmiş saxlanc yerlərində gizlədilir. Lakin gömrük əməkdaşlarının son günlər qaçaqmalçıların "yeni gizlətmə üsulları" ilə bağlı qeydə aldıqları faktlar xüsusilə təəccüb doğurub.
Artıq işbazlar ağlasığmaz yollara əl atır, sözügedən təhlükəli malları elə təhlükəli üsullarla gömrük nəzarətindən gizlətməyə səy göstərirlər. Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı zamanı, avtomobilin hətta hərəkətdə olan təkərlərindəki şinlərin içərisində 3840 ədəd "SFA-100 M50" markalı pirotexniki vasitənin aşkara çıxması barədə məlumat vermişdik. Lakin, demə, bu fakt təsadüf deyilmiş.
Belə ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda daha bir oxşar fakt qeydə alınıb. Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı zamanı, avtomobilin hərəkətdə olan təkərlərində 47 qutu "Super Blitz", 14 qutu "Silver Cracker", 4 qutu "Petardy", 2 qutu "Big Silver Cracker" markalı pirotexniki vasitələr aşkar edilib.
Görünür, gömrük əməkdaşları qaçaqmalçıların bütün gizlinlərini aşkara çıxardıqca, onlar da daha gizlin üsullarla vəziyyətdən çıxacaqlarını düşünürlər. Amma işbazlar unudurlar ki, bu gün ən müasir yoxlama avadanlıqları ilə təchiz edilən gömrük orqanları gömrük nəzarətindən gizli keçirilməsinə cəhd göstərilən bütün malları aşkara çıxarmaq imkanına malikdir.
Xatırladaq ki, aşkar edilən pirotexniki vasitələr yüksək səs-küylə müşayiət olunan partlayış törədir və ətrafa ciddi ziyan vura bilər. Bununla belə, partlayıcı xassəyə malik bu predmetləri avtomobilin hərəkətdə olan təkərlərinin içinə yerləşdirərək onu idarə etmək və həmin avtomobillə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən keçmək, həm də onlarla digər insanın həyatını təhlükə altında qoymaq deməkdir.
Dövlət Gömrük Komitəsi nəzərə çatdırır ki, bu faktlar təkcə inzibati deyil, eyni zamanda, cinayət məsuliyyəti yaradan hallardır.
Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, belə hallara yol verən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
21 d. əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
45 d. əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
1 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
Ən çox oxunanlar
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib






.jpg)
.jpg)











.jpg)

