QHT-nin layihəsi çərçivəsində yekun tədbir keçirilib
Noyabrın 11-də "Ailə və Ətraf Mühit" İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək” adlı layihə çərçivəsində yekun tədbir keçirilib.
Layiə rəhbəri Elşad Allahverdiyev bildirib ki, müvafiq təcrübəyə malik olan şəxslərdən formalaşdırılmış işçi qrup, tərəfdaş qurumlar olan Bakı Nəqliyyat Agentliyi və “BakuBus” MMC-nin əməkdaşlarından ibarət ekspertlər və təşkilatın fəaliyyətinə kömək edən könüllülər tərəfindən layihə çərçivəsində Bakı şəhərinin mərkəzi ərazilərində, dayanacaqlarda, piyadaların çoxluq təşkil etdiyi keçidlərdə və avtobuslarda reydlər keçirilib, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə məlumatlandırıcı broşurlar və bukletlər paylanılıb, fərdi avtomobil və taksi sürücüləri və digər yol hərəkəti iştirakçılarına yol hərəkəti təhlükəsizliyi və ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı zəruri məlumatlar çatdırılıb, onlara yol hərəkəti zamanı davranış qaydaları əyani şəkildə izah olunub.
İşçi qrup və könüllülər Bakı şəhəri Nəsimi, Yasamal, Binəqədi və Səbayel rayonlarında yerləşən bir sıra orta məktəblərdə olub, auditoriyalarda şagirdlərlə geniş söhbət aparıblar. Onlara yol hərəkəti qaydaları, yeraltı və yerüstü keçidlər, ictimai nəqliyyatdan istifadə və davranış qaydaları haqqında məlumatlar əks olunmuş çap materialları paylanılıb. Uşaqlar üçün xüsusi olaraq hazırlanmış bu materiallarda onların yaş səviyyəsinə uyğun olaraq qanunvericiliyə uyğun yol hərəkəti qaydaları, şəkillər, işarələr və qaydalar əks olunub.
Eyni zamanda, layihənin həyata keçirildiyi müddətdə mətbuatda və sosial şəbəkələrdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici yazılar, çarxlar və layihənin icrası ilə bağlı məlumatlar geniş ictimaiyyətə çatdırılıb.
Tədbirdə çıxış edən "BakuBus” MMC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bu kimi sosial aksiyaların əhəmiyyətindən danışıb. Bildirib ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən bu layihədə məqsəd məktəblilərə ictimai nəqliyyatdan, həmçinin "BakuBus" avtobuslarının
xidmətlərindən təhlükəsiz və rahat istifadə qaydalarını öyrətmək, həmçinin, nümunəvi, ictimai fəal sərnişin keyfiyyətlərini aşılamaqdır. M.Piriyev vurğulayıb ki, təmsil etdiyi qurum mütamadi olaraq piyadaların və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, sərnişinlərə öz ictimai və vətəndaş öhdəlikləri və hüquqları haqqında məlumatların verilməsi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirir.
Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev ictimai nəqliyyatda aparılan maariflənmə işlərini, bu sahəyə ictimai birliklərin, QHT-lərin birgə qoşulmasını müsbət addım kimi dəyərləndirib. Bildirib ki, BNA-da bu sahədə bir sıra maarifləndirmə tədbirləri həyata keçirir. Agentlik hərəkət iştirakçılarının maarifləndirilməsi çərçivəsində bir sıra maarifləndirici videoçarxlar hazırlayıb. Həmçinin paytaxtda tıxac probleminin həlli istiqamətində müxtəlif küçə və prospektlərdə hərəkətin təşkili ilə bağlı Nazirlər Kabinetinə təkliflər verib.
Tədbir sual cavab və fikir mübadiləsi formasında davam etdirilib.
Sonra layihə çərçivəsində iştirak edən könüllülərə “Ailə və Ətraf Mühit” İctimai Birliyi tərəfindən sertifikatlar verilib.
“Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək” layihəsinin əsas məqsədi ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli və cəmiyyətə qarşı daha qayğıkeş olmağa səsləmək, piyadaların və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, piyadaları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmaq, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə öz ictimai və vətəndaş öhdəlikləri və hüquqları haqqında məlumat vermək, orta məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin yol təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılığını artırmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 4 d. əvvəl
-
25 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
37 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
47 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib



























