Palata qiymətli kağızlar bazarı üzrə göstəriciləri açıqladı
2017-ci ilin yanvar-sentyabr ayları ərzində qiymətli kağızlar bazarı 9,2 mlrd. manat təşkil etmişdir.
Maliyyə Bazarlarına Nəzarət Palatasından “Marja”ya daxil olmuş məlumata görə, əməliyyatların sayında, həm də ayrı-ayrı bazar seqmentlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə edilmişdir. Belə ki, 2017-ci ilin 9 ayı ərzində korporativ qiymətli kağızların təkrar bazarı 3 dəfə artaraq 1,1 mlrd. manatı ötmüş, dövlət qiymətli kağızlar bazarı 8 dəfə artaraq 3 mlrd. manat, törəmə maliyyə alətləri bazarı isə 15% artaraq 3,7 mlrd. manat olmuşdur.
Korporativ qiymətli kağızlar
Hesabat dövrü ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcminin 58% (və ya 404 mln. manat) artaraq 1,1 mlrd. manat təşkil etməsinə səbəb olmuşdur. Ümumilikdə, səhmlərin ilkin bazarında bağlanan əqdlərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 1 mlrd. manatı üstələmişdir.
Hesabat dövründə korporativ istiqrazlarla bağlanmış əqdlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 82% azalaraq 1,3 mlrd. manat olmuşdur. Digər tərəfdən hesabat dövründə xarici valyutada yerləşdirilmiş korporativ istiqrazların həcmi 5 dəfə artaraq 109,4 mln. manata çatmışdır. Eyni zamanda, korporativ istiqrazların həm milli, həm də xarici valyutada təkrar bazarında əhəmiyyətli artım müşahidə olunmuşdur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə manatla təkrar bazarın həcmi 14,6 dəfə artaraq 753 mln. manat, xarici valyutada isə 22 dəfə artaraq 284 mln. manat təşkil etmişdir.
Dövlət qiymətli kağızları
Hesabat dövrü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən milli valyutaya olan təzyiqlərin azaldılması məqsədilə manat kütləsinin sterilizasiyası not buraxılışı vasitəsi ilə həyata keçirilmişdir. Məhz not buraxılışı dövlət qiymətli kağızları bazarında əməliyyatların həcminin artım dinamikasını müəyyən etmişdir.
Cari ilin 9 ayında dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 8 dəfə artaraq 3 mlrd. manatı üstələmiş, bunun da 83%-ni (və ya 2,5 mlrd. manat) Mərkəzi Bankın notları ilə ilkin bazarda bağlanan əqdlər təşkil etmişdir. Mərkəzi Bankın notları nəzərə alınmadan da dövlət qiymətli kağızlar bazarında müsbət dinamika müşahidə olnunmuşdur (bu seqment ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% və ya 126,3 mln. manat artmışdır). Notların ilkin bazarında bağlanmış əqdlər üzrə orta çəkili gəlirlilik 10,91% təşkil etmişdir.
Hesabat dövründə qısa və ortamüddətli dövlət istiqrazları ilə 506,4 mln. manat məbləğində əqd bağlanmışdır. Qısamüddətli dövlət istiqrazlarının ilkin bazarında (472,7 mln. manat) bağlanmış əqdlər üzrə orta çəkili gəlirlilik 13,67% olmuşdur. Dövlət istiqrazları ilə təkrar bazar əqdlərinin məbləği 33,7 mln. manat olmuşdur.
Törəmə maliyyə alətləri bazarı
Hesabat dövrü ərzində Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasındaümumi məbləği 3,4 mlrd. manat olan valyuta əsaslı və ümumi dəyəri 307,4 mln. manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilmişdir. Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 3,7 mlrd. manat olmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artmışdır.
Repo və əks-repo əməliyyatları
Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 11,6 mln. manat olmuşdur. Bunun 85%-ni (9,9 mln. manat) dövlət istiqrazları ilə olan 15 repo əməliyyatı təşkil etmişdir. Korporativ istiqrazlarla 1,7 mln. manat məbləğində 2 repo əməliyyatı aparılmışdır.
Qiymətli kağızların dövlət qeydiyyatı
2017-ci ilin yanvar-sentyabr aylarında 7,2 mlrd. manat və 3,1 mlrd. ABŞ dolları məbləğində qiymətli kağızların dövlət qeydiyyatı həyata keçirilmişdir. Həmçinin 349 min avro məbləğində korporativ istiqrazlarım buraxılışı dövlət qeydiyyatına alınmışdır.
Səhmlər üzrə: 2017-cı ilin ilk 9 ayı ərzində ümumi məbləği 2,3 milyard manat olan 40 səhm dövlət qeydiyyatına alınmışıdır. Bunlardan 1,2 milyard manatı kredit təşkilatları, 54,7 milyon manatı sığorta şirkətləri, 963 milyon manatı isə digər təşkilatlara məxsusdur.
Korporativ istiqrazlar üzrə: Hesabat dövründə 205 mln. manat və 1051,4 mln. ABŞ dolları məbləğində 35 korporativ istiqrazlar dövlət qeydiyyatına alınmışıdır. Cari ilin mart ayında uzun fasilədən sonra ilk dəfə avro ilə 349 min avro məbləğində 1 korporativ istiqrazın (sonuncu dəfə 2011-ci ildə) dövlət qeydiyyatı həyata keçirilmişdir. Dövr ərzində kredit təşkilatlarına məxsus ümumilikdə 3,7 mln. manat və 1002,2 mln. ABŞ dolları məbləğlərində 20 korporativ istiqrazlar dövlət qeydiyyatına alınmışıdır.
Dövlət qiymətli kağızları üzrə: 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 3,9 mlrd. manat məbləğində dövlət qiymətli kağızları qeydiyyata alınmışdır. Dövr ərzində Maliyyə Nazirliyinin ümumi məbləği 700 mln. manat olan dövlət istiqrazları və Mərkəzi Bankın ümumi məbləği 3,2 mlrd. manat olan notları dövlət qeydiyyatına alınmışdır.
Veksel üzrə: Hesabat dövründə 3 mlrd. ABŞ dolları və 800 mln. manat məbləğində ümumilikdə 9 veksel buraxılışı dövlət qeydiyyatına alınmışdır.
Kapital bazarları üzrə 2017-ci ilin ilk yarısına dair ətraflı məlumatlar qiymətli kağızlar bazarının icmal göstəricilərində öz əksini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 18 d. əvvəl
-
25 d. əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
3 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Ən çox oxunanlar
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu






.jpg)











.jpg)



