Miller Qanunu: Sehirli 7 rəqəmi, müsbət və ya mənfi 2

Bildiyiniz kimi www.readit.az layihəsinin məqsədi ölkə əhalisinin, xüsusilə gənclərin savadlanmasına və istiqaməti düzgün seçməsinə intellektual dəstək olmaqdır. Məhz buna görə də Readit komandası çalışır ki, kitablardan başqa məşhur nəzəriyyələri və məqalələri azərbaycan dilində yerli oxuculara çatdırsın. Bu günkü mövzumuz məşhur "Miller qanunu" nəzəriyyəsidir.
Bu məqalə sizə nə verəcək?
- Beynimizi və yaddaşımızı anlamaqda yardımçı olacaq;
- Biləcəksiniz ki, niyə görə 7 ± 2 sayından artıq işçini birbaşa effektiv idarəetmə etmək olmur
- Ən azından dünyagörüşünüzü bir qədər də artırmış olacaqsınız.
Millerin məqaləsi
"Sehirli yeddi rəqəmi, müsbət və ya mənfi iki: İnformasiyanı emal etmə qabiliyyətimizin bəzi sərhədləri" nəzəriyyəsi psixologiya sahəsində ən çox bəhs edilən nəzəriyyələrdən biridir. Məqalə 1956-cı ildə Prinston Universiteti Psixologiya bölməsinin psixoloqu Corc A. Miller tərəfindən yayımlanıb. Məqalədə, qısaca, “Normal bir insanın emal edilən yaddaşda saxlaya biləcəyi obyektlərin sayının 7 ± 2 olduğu” deyilir. Bu nəzəriyyə tez-tez Miller qanunu kimi də adlandırılır.
Millerin fikrincə, normal bir insanın qısa müddətli yaddaşında xatırlanan obyekt sayı, yəni yaddaşın genişliyi 7 ± 2 - dir. Bu elementlərin sayı onların rəqəmlər, hərflər və ya sözlər olmasına görə dəyişir. İnsan beyni verilən məlumatları qruplaşdırmaq xüsusiyyətinə malikdir. Bir-biriylə əlaqəli və ya oxşar olan məlumatlar eyni qruplarda saxlanılır. Bu üsul yaddaşın daha effektiv istifadə edilməsini təmin edir və onun həcmini artırır.
Məsələn; 45673920376950 rəqəmini tək-tək əzbərləməyə çalışdıqda yaddaşın həcmi keçilir. Ancaq o 456, 739, 2037, 69, 50 şəklində 5 qrup kimi bölünərək əzbərləndikdə isə həmin məlumat emal olunan yaddaşda işlənə bilər.
Miller Qanununa görə qısa müddətli yaddaşa 7 ± 2 qaydasını pozaraq həddindən artıq məlumat yükləməyə çalışdıqda yaddaş dolur və insan beyni yanlış işləməyə başlayır. Məsələn, hipnoz prosesində hipnoz edilən adama çox sayda məlumat verildikdə, bir müddət sonra mümkün yaddaş sahəsi kifayət etmir və yeni əmrlər şüuraltına ötürülməyə başlanır. Hipnozda buna həddindən artıq yüklənmə deyilir. Eynilə də, bir növ satış strategiyası olaraq satıcı müştərilərə məhsul haqqında həddindən artıq məlumat verməyə başladıqda həcmin keçilməsi səbəbindən bir müddət sonra yaddaş yeni məlumatları qəbul etməməyə başlayır. Bu müddət ərzində ən çox təkrarlanan söz, məsələn: “keyfiyyət, ucuzluq” kimi sözlər isə yaddaşda qalan yeganə sözlər olur və müştərini məhsulu almaq üçün daha çox motivasiya edir.
Miller qanunu idaretmədə
Miller qanunu özünü idarəetmədədə açıq aydın göstərir. Bir menecer eyni anda birbaşa olaraq 9-dan artıq insanı effektiv idarə edə bilməz. Əgər siz şirkət rəhbərisinizsə birbaşa olaraq maksimum 9 (ideal 5 -7 nəfər) departament rəisini idarə edərək daha yaxşı nəticələr ala bilərsiniz. Əgər şirkətdə departament çoxdursa, çalışın onları ixtisar edərək 7-yə çatdırın - hər hansısa departamenti şöbə səviyyəsinə salaraq başqa bir departamentə bağlayın. Eyni işi departamentlər və şöbələrdədə aparmağı unutmayın.
Yeri gəlmişkən menecment və komanda idarə etmə sahəsində aşağıdakı kitabların qısa məzmunu sizə maraqlı ola bilər:
- “Bir dəqiqəlik menecer” => İndi oxu
- “Effektiv rəhbər” => İndi oxu
- “Komandaların 5 çatışmazlığı” => İndi oxu
- “Skrum - İki dəfə daha çox işi iki dəfə az vaxta görmək sənəti” => İndi oxu
“Sehirli rəqəm – 7” və emal edilən yaddaşın həcmi
Qısa müddətli yaddaş və emal edilən yaddaş haqqında aparılan növbəti tədqiqatlar yaddaşın genişliyinin bəzi məqamlarda ölçülməsinin mümkünlüyünə baxmayaraq, onun stabil olmadığını göstərir. Məsələn, insanın təqdimatdan dərhal sonra xatırladığı hissələrin sayı həmin hissələrin daxil olduğu kateqoriyalardan (məsələn, rəqəmlər üçün 7, hərflər üçün 6 və sözlər üçün 5) və hətta eyni kateqoriyadakı hissələrin xüsusiyyətlərindən asılıdır.
İnsanların əksəriyyəti yeddi obyekti yaddaşında saxlamağı bacarsa da, onların çoxu 10 ədədi yadda saxlaya bilmədiklərini deyirlər. Yaddaşın qəribə bir xüsusiyyəti var: Psixoloqlar üçün qısa müddətli yaddaş beyniniz tərəfindən hal-hazırda istifadə edilən şeylərdir. Məsələn, bu məqaləni oxuyarkən oxuduğunuz sözlər bir müddət üçün qısa müddətli yaddaşa daxil olur və siz onlardan müəyyən mənalar çıxarırsınız, bu məna ya yaddaşda saxlanılır, ya da atılır. Böyük ehtimalla sabah bu yazının çox kiçik bir qismini xatırlayacaq, ancaq məqalədəki sözlərin əksəriyyətini xatırlamayacaqsınız. Bu Miller qanunudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 54 d. əvvəl
-
1 saat əvvəl
Avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı Fond Birjası 7 aylıq ticarət dövriyyəsini açıqladı - REPO-NUN HESABINA 50 FAİZƏ YAXIN ARTIM
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
3 saat əvvəl
“Azertexnolayn”ın məhsulları dünyanın 25 ölkəsinə ixrac olunur – FOTOLAR, VİDEO
- 3 saat əvvəl
Son Xəbərlər

Mərkəzi Bank yeni rəqəmsal platformalar istifadəyə verdi

Avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb

Xalq Bank və “UPT”dən yeni kampaniya

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı - 5 şirkətin dövriyyəsi 50 milyard manatı aşıb

“Qırmızıya qarış!” - “Baku Electronics”də 70%-dək ENDİRİM

Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycan və Asiya İnkişaf Bankı müzakirələr aparıb

Azərbaycan ada dövlətdə səfirlik təsis edəcək

Türkiyədə illik inflyasiya avqustda 33 faizə yaxın olub

Qazaxıstan Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edib

“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək

Sabahın hava proqnozu açıqlanıb : yağış yağacaq - PROQNOZ
