Viruslu olan körpə südlərinin satışı dayandırıldı
"Lactalis" adlı körpə maması istehsalçısı, körpələrdə salmonella virusu yaydığı səbəbiylə dünya miqyasında məhsullarının satışını dayandırmaq qərarı verib.
"Marja" xəbər verir ki, Salmonella adlı zəhərli bir virusun şirkət tərəfindən istehsal olunan uşaq mamasında rast gəlindiyi bildirilən açıqlamada, Fransada Dekabr ayından bəri 26 yeni doğulan körpənin bu mamalara görə xəstələndiyi açıqlanıb.
Şirkətin ilk dəfə Fransanın Craon şəhərindəki zavodunda ortaya çıxdığı hesab edilən virus, maye itkisi riski səbəbilə yeni doğulan körpələrdə və yaşlı insanlarda böyük bir sağlamlıq təhlükəsi yaradır.
Salmonella virusu ferma heyvanlarından yayılır və bulaşdığı insanlarda qusma, yüksək qızdırma və ishal kimi əlamətlər göstərir.
Craondakı zavodda Fevral və Dekabr ayları arasında istehsal olunan bütün məhsulların geri yığılacağını söyləyən şəxslər, zavoddakı bütün maşınların dezinfeksiya edildiyini və bir çox tədbir gördüyünü bildirib.
Yalnız Fransada deyil, eyni zamanda şirkətin məhsullarını ixrac etdiyi İngiltərə, Çin, Pakistan, Banqladeş və Sudanda da, virus daşıdığı nəzərdə tutulan Lactalis körpə maması satışının dayandırılması qərara verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























