Qənaət etməyin 10 yolu
Müasir dövrdə istənilən sahədə məhsul çeşidliliyi özünü göstərir. Marketoloqlar və reklamçılar məhsul satışını təmin etmək üçün keyfiyyət, vizuallıq, həzz və s. kimi amillərdən istifadə edirlər. Bəzi hallarda o qədər effektiv üsullardan istifadə edilir ki, ən diqqətli müştərilər belə reklamın təsirinə düşür.
Yeri gəlmişkən… Bizim addımlarımızı və hərəkətlərimizi fikirlərimiz müəyyən edir. Məgər biz daim öz fikirlərimizə nəzarət edirikmi? Əgər qeyri-rasional addımlar atmağımızın və səhv qərarlar qəbul etməyimizin səbəblərini öyrənmək istəyirsinizsə, mütləq qaydada Nobel mükafatı laureatı Daniel Kanemanın “Çevik və asta düşüncə” kitabını oxuyun.
İnsanlar bir çox hallarda səhv qərarlar qəbul edərək ehtiyacları olmayan şeylərə həddindən artıq pul xərcləyirlər. Əslində ehtiyac duyduqları şeylərə isə demək olar ki, pul ayırmırlar, hətta bəzən onları dərk etmirlər. Burada diqqəti çəkən məsələlərdən biri də odur ki, bu xərcləmələr bir çox hallarda sizin həyat səviyyənizi yüksəltmir. Bəs həm pulunuza qənaət edib, həm də həyat səviyyənizi necə yüksəldə bilərsiniz? Bunun üçün aşağıdakı üsulları tətbiq edə bilərsiniz:
1. İlk növbədə, ümumi gəlirinizi hesablayın.
2. Bəzi sabit xərcləri (hər ay ödəməli olduğunuz) müəyyənləşdirin və onları büdcədən ayırın. Məsələn, qaz, işıq, su və kirayə haqqı (əgər varsa). Siz həmçinin, bu sabit xərclərin bəzilərinə də qənaət edə bilərsiniz. Üstəlik, bu qənaət təkcə sizə yox, bütün dünyaya xeyir gətirəcək.
- Heç bir işinizin olmadığı otaqda işığı, televizoru və ya kompüteri söndürün
- Otağın istilik səviyyəsini sabit bir dərəcədə saxlayın, beləliklə enerjiyə qənaət edəcəksiniz.
- Evdən çıxarkən, işıqları söndürün.
3. Mətbəx bazarlığı üçün siyahı hazırlayın və bu siyahıdan kənara çıxmayın.
- Bazarlığa gedərkən ac getməyin. Yoxsa, almağı düşünmədiyiniz məhsulları da ala bilərsiniz.
- Həm sağlamlığınıza, həm də büdcənizə ziyanlı olan məhsulları siyahınızdan çıxarın.
- Qiymətləri müqayisə edərək, ən münasib marketi müəyyənləşdirin. Ancaq həmin mağazanın evinizdən çox uzaq olmamasına diqqət yetirin.
- İstifadə ömrü az olan məhsulları ehtiyacınızdan artıq almayın. Ümumilikdə, bazarlıqlarınızı aylıq yox, həftəlik etməklə bir çox baxımdan qənaət edə bilərsiniz.
- Vaxt aşırı soyuducunuzu təmizləyin. Bəzi məhsullar və ya yeməklər diqqətinizdən yayınıb xarab ola bilər.
4. Yeməklərinizi, kofenizi və s. evdə hazırlayın. Bu həm sağlamlıq, həm büdcəniz baxımından faydalıdır. Ümumilikdə, evdən kənardakı xərclərinizə diqqət yetirin.
5. Hər ay gəlirinizin təxminən 10%-ni özünüz üçün ayırın. Bu pulu kinoya, teatra, kitaba və digər dünyagörüşünüzü artıracaq məsələlərə xərcləyin. Bu həyat səviyyənizi yüksəltməyin ən yaxşı yoludur.
- Bununla yanaşı, kitabxanalardan da istifadə edə, yaxud dostlarınızı evə dəvət edərək birlikdə film izləyə bilərsiniz.
- Siz həmçinin, müxtəlif festivallarda bilet üçün pul ödəmək əvəzinə, könüllü olaraq fəaliyyət göstərə bilərsiniz.
6. Hər hansı bir məhsulu alarkən onun sizin üçün həqiqətən faydalı olub-olmadığını və ya ona ehtiyacınız olub-olmadığını düşünün. Biz bir çox hallarda ehtiyacımız olmayan bir çox şeyə sadəcə keçici həvəslər ucbatından pul ödəyirik. Bunu yoxlamaq üçün “30 gün qaydası”nı tətbiq edin. Məsələn, almaq istədiyiniz hər hansı geyimi almaq üçün 30 gün gözləyin. Yenə də həmin geyimə ehtiyacınız olduğunu düşünürsünüz mü?
7. Keyfiyyətli məhsullar alın. Qənaət naminə ucuz məhsul almağa çalışmayın. Həmin məhsullar, yaxud geyimlər tez xarab olaraq sizi yeni xərclərə istiqamətləndirəcək, həmçinin sağlamlığınıza ziyan vuracaq.
8. Piyada gedə biləcəyiniz yerlərə avtomobillə getməyin. Velosipeddən də istifadə edə bilərsiniz. Bu həm büdcənizə, həm sağlamlığınıza, həm də ətraf-mühitə faydalıdır.
9. İşlərinizi özünüz həll edin.
- Evinizi təmizləmək, yemək hazırlamaq üçün köməkçilər cəlb etmək əvəzinə, bunları özünüz edin. Əsas məsələ, onları həzz alacağınız bir prosesə çevirməkdir.
- Yaxınlarınız üçün hədiyyə almaq əvəzinə, onları özünüz hazırlaya bilərsiniz. Bu isə onun mənəvi dəyərini daha da artıracaq.
10. Tibbi xərclərə qənaət etmək üçün sağlamlığınızın qayğısına qalın. Düzgün qidalanın, vaxtaşırı müayinələrə gedin və s.
Bu məsləhətləri uğurla tətbiq etmək üçün şüurlu və iradəli olmaq lazımdır. Əvvəlki vərdişlərdən imtina etmək başlanğıcda bir qədər çətin ola bilər. Ancaq bir müddət sonra onlar yeni və faydalı vərdişlərlə əvəz olunacaq.
Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi müasir dövrdə reklamın tələsinə düşməmək xeyli çətindir. Həmin tələləri anlamaq və onlara müqavimət göstərməyi öyrənmək üçün sizə Martin Lindstromun “Buyology: Almaqla bağlı həqiqətlər və yanlışlar” kitabını oxumağı tövsiyə edirik. Kitabın qısa məzmununu www.readit.az saytından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
-
10 d. əvvəl
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
- 13 d. əvvəl
-
51 d. əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
1 saat əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
1 saat əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
Sentyabrın 29-da gözlənilən hava şəraiti
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Ən çox oxunanlar
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı


























