Banka yaxınlaşmadan hesablararası ölkəxaricinə pul köçürmə imkanı!
Geridə qoyduğumuz ildə Bank of Baku, İnternet Bankçılıq istifadəçilərinin işini asanlaşdıracaq onlarla innovativ xidmətlər təqdim etmişdir.
2018-ci ili tətbiq etdiyi növbəti yenilik ilə qarşılayan Bank of Baku, bu dəfə korporativ müştərilərinə sektorda daha bir ilki - İnternet Bankçılıqda hesablararası ölkəxaricinə pul köçürmə imkanını təqdim edir.
Sahibkarlar və iş adamlarına ÖZƏL təqdim edilən bu xidmət, xarici bank hesablarına təhlükəsiz və rahat formada, üstəlik daha endirimli tariflə pul göndərmə imkanı yaradır.
Belə ki, Bank of Baku-nun korporativ müştəriləri İnternet Bankçılığa daxil olaraq cari hesablarından istənilən xarici bank hesabına günün istənilən saatında, təhlükəsiz və rahat şəkildə pul vəsaitlərini köçürə bilərlər.
Vəsaitin köçürülməsinə görə məbləğdən asılı olaraq min.0,2 % komissiya haqqı təşkil edir və vəsaiti göndərən müştəridən tutulur. Köçürmə əməliyyatının tamamlanması üçün tələb olunan sənədlərin sistemə yüklənmə imkanı da mövcuddur.
Əlavə olaraq qeyd edək ki, 30 iyun 2018-ci il tarixinədək Bankın yeni və İnternet bankçılığa hələ də qoşulmamış köhnə korporativ müştəriləri əlavə ödəniş etmədən, İnternet Bankçılıq xidmətinə qoşularaq tam istifadə hüququnu pulsuz əldə edə bilərlər.
Bank of Baku-nun İnternet Bankçılıq xidmətinə 145 Məlumat Mərkəzinə zəng etməklə və ya filiala müraciət etməklə qoşulmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















