Sosial mənzillər üçün müraciətlərin qəbul ediləcəyi VAXT bilindi
Sosial evləri almaq üçün müraciətlərin qəbulu yaxın aylarda başlanacaq.
Dövlət başçısının fərmanı əsasında yaradılacaq “Güzəştli mənzil” sistemi mayın 1-dən işə düşəcək və elektron müraciətlər də o vaxtdan başlanacaq. Həmin vaxta qədər isə sosial evləri almaq üçün sakinlər kağız formada müraciət edə bilər.
Qeyd edək ki, sosial evlərin birinci kompleksinin tikintisi üçün Bakının Yasamal rayonunda 11,6 hektar ərazi ayrılıb. Jurnalda qeyd olunur ki, bu kompleksdə 1850 mənzil olacaq. Mənzillər 1, 2 və 3 otaqlı olacaq.
Bundan başqa məlumat verilib ki, sosial mənzillərdə aylıq ödəniş oxşar evlərin kirayə haqqından artıq olmamaqla müəyyən ediləcək.
Məlumatda deyilir: “Faktiki olaraq birotaqlı mənzillər üçün aylıq ödəniş 130-140, üçotaqlılar üçün 330-350 manatdan artıq olmayacaq”.
Hazırda Yasamal rayonu ərazisində tikilən komplekslə yanaşı Bakıda ikinci belə kompleksin inşası da planlaşdırılır. Eyni zamanda Sumqayıt, Gəncə, Lənkəran və Masallı rayonlarında da tikintisi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 4 d. əvvəl
-
25 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
37 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
47 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib






























