İndi burada nazirlər və deputatlar dincəlir
Bakının məşhur tarixi hamamı öz fəaliyyətini davam etdirir və öz xidmətləri ilə bakılıları məmnun etməyi planlaşdırır
Bakının Murtuza Muxtarov (keçmiş Poluxin) küçəsi, 41 ünvanında yerləşən, özü də təkcə köhnə bakılıların deyil, nazir və deputatların da istirahət etməyi sevdiyi məşhur "Qasımbəy hamamı"nın 2018-ci ilin martında 140 yaşı tamam olacaq.
Keçmiş zamanlarda Bakıda belə hamamların sayı çox olub, çünki onda kanalizasiya və su sistemləri hər evdə olmayıb. Bu indidir ki, biz səhərlər duş qəbul edib işə qaçırıq.
Keçmişdə şəhər sakinləri üçün çimmək mərasimi əsl bayram olub. Təəssüf ki, hazırda köhnə hamamların əksəriyyəti dəhşətli vəziyyətdədir. Ona görə də bağlanıb.
Qasımbəy hamamı"nın isə başqalarından fərqli olaraq bəxti gətirib. Çünki sahibləri onun mövcudluğunu qorumaq üçün mümkün olan hər şey ediblər. Hamam Azərbaycan Respublikası ərazisində dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələrinin siyahısındadır. O, Bakı hamamları arasında ikinci ən məşhur hamam sayılır. Çünki bu hamamdan indiyə qədər də azərbaycanlılar və turistlər istifadə edir. Bununla əlaqədar olaraq, "Qasımbəy hamamı"nın rəhbərliyi 2018-ci ildə onun 140 illik yubileyini yüksək səviyyədə qeyd etmək niyyətindədir. Bu yubiley mərasiminə yerli məşhurların da dəvət edilməsi planlaşdırılıb.
Jurnalist sözügedən hamamı ziyarət edib və onun adının çəkilməsini istəməyən hazırkı sahibi ilə söhbətləşib.
Onun sözlərinə görə, "Qasımbəy hamamı" 1878-ci ildə o zamanların məşhur milyonçusu, mesenat Qasım bəy tərəfindən tikdirilib və hamam elə onun adını daşıyır. Müəssisə rəhbərinin sözlərinə görə, hamamın binası sənədlərdə göstəriləndən daha qədimdir. Hazırda o, hamam binasının tarixini ətraflı öyrənməklə məşğuldur ki, onun inşa edildiyi ili dəqiq müəyyənləşdirsin.
Mülkiyyətçinin sözlərinə görə, o dövrlərdə islam qaydalarına əsasən məscidlərin yaxınlığında hamam da tikilməli idi ki, inanclı insanlar ibadətdən əvvəl yuyuna və dəstəmaz ala bilsinlər. Bununla əlaqədar olaraq, Qasım bəy əvvəlcə məscid tikdirib, sonra isə onun yanında Bakı sakinləri arasında çox populyar olan hamamı inşa etdirib.
Sovet İttifaqı dağılandan sonra demək olar ki, bütün məişət və xidmət obyektləri özəlləşdirilməyə başladı. Məhz həmin vaxt, 1994-cü ildə hamamın hazırkı direktorunun atası bu hamamı özəlləşdirib və onun mülkiyyətçisinə çevrilib. Hamamı alandan sonra sahibi onu yalnız kişilərin istifadəsi üçün nəzərdə tutub. Direktorun sözlərinə görə, onlar Şəki və Biləsuvar əsilli olduqları üçün hər iki şəhərin adından ilk iki hərfi götürərək hamamı "ŞəBi" adlandırıblar. Hazırda Bakı sakinlərinin əksəriyyəti sözügedən hamamı bu adla tanıyır. Lakin sahibi hamamın adını yenidən dəyişmək niyyətindədir və yeni adı hamamın yubileyində elan edəcək.
"Mən ilk dəfə bu hamama gələrkən divarlardakı kafeli görəndə dərhal məşhur Azərbaycan filmi olan, daha çox "Papaq" adı ilə tanınan "Evlənmək istəyirəm" filmini xatırladım. Sən demə, filmdəki həmin epizod məhz elə bu hamamda çəkilib. Bu günlərdə, yaxında premyerası olacaq "Tayson" filminin bir neçə kadrı da bu hamamda çəkilib" – deyə direktor bildirib.
Hamam xüsusi mülkiyyətə çevriləndən sonra, hazırkı sahibinin ilk işi hamamı əsaslı bərpa etmək olub. Çünki hamam onda çox bərbad vəziyyətdə imiş. Hazırda hamam köhnəsinin tam əksidir. Burada müştərilərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Direktor qeyd edib ki, təmir zamanı köhnə hamamın yarandığı gündən burada olan bir sıra əşyalarını qoruyub saxlamağa çalışıblar. Misal üçün hazırda böyük qiyməti olan mebel və rəsmlər hamamda qalır. Amma direktorun onlardan ayrılmaq fikri yoxdur. O, həmçinin qeyd edib ki, təmir hamamın qədim ruhunu qoruyub saxlamaq üçün köhnə stildə aparılıb.
Hazırda hamamda VIP-müştərilər üçün və sadə adamlar üçün kabinetlər mövcuddur. Çünki bu hamamın özəl qonaqları arasında bir çox nazirlər, deputatlar, Milli Məclisin üzvləri və məşhur şəxsiyyətlər olur. Direktor qeyd edib ki, hamamın ziyarətçilərinin ilk işi duş qəbul etməkdir. Duşdan sonra onlar buxar otağına gedirlər. Çimmək mərasimi hovuzla tamamlanır. Bütün bunlar müştərilərin istəyindən asılıdır.
Bu hamama ən çox qışda tələbat olur. Buxar otağı insanın bədənindən zərərli maddələrin çıxarılmasına və onu sağlamlaşdırmağa qadirdir. Hamamı əsasən bazar günləri ziyarət edirlər. Amma elə insanlar da var ki, onlar hər gün işdən sonra dincəlmək üçün hamam gedirlər.
Əlbəttə, Bakıda yüksək səviyyədə qurulmuş və hər şeylə təchiz edilmiş çoxsaylı sağlamlıq mərkəzləri var. Amma onların heç birini əsl hamamla müqayisə etmək olmaz. Bu qədər vaxt keçməsinə baxmayaraq, "Qasımbəy hamamı" bakılıların sevimli məkanlarından biri olaraq qalır. Odur ki, həmişə təmizlikdə, əziz bakılılar!
© Sputnik Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
2 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
3 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
3 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
5 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
5 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
6 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
6 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
























