5 sektor üzrə adı mediada ən çox hallanan qurumlar məlum oldu
“Media Consulting and Services” 01-31 Yanvar 2018-ci il dövrü üzrə məlumatların ilkin hesabatını başa çatdırıb.
Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, medianın əhatəsinə daxil olan məlumatlar media qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media aktivliyinin reytinqi hesablanıb. Cari hesabat dövründə bütün mövzular üzrə məlumatların kəskin azalması müçahidə edilib. Bu tendensiya Yanvar ayında bayram və qeyri işgünlərinin sayının digər aylarla müqayisədə çox olması ilə əlaqədardır.
Qeyd edək ki, media monitorinq qrupu 10 Televiziya, 55 çap və 600 onlayn media daxil olmaqla 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Monitorinq qrupu 22 sektorun, o cümlədən Enerji-yanacaq, İKT, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Məşhur 5 sektorda ad hallanması üzrə məlumatların ümumi dinamikası aşağıdakı kimidir:
1. Banklar 22861
2. Universitetlər 12148
3. Mobil Rabitə 1472
4. Sığorta şirkətləri 1154
5. Otellər 474
Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumları təqdim edirik:
Banklar: 22861 ədəd ad hallanan yazı
1.ABB -1402
2.Bank Standard -802
3.Kapital Bank - 757
Şirkətin məlumatında deyilir ki, bankların media aktivliyi yanvar ayında dekabr ayı ilə müqayisədə passiv olub. Belə ki, 2017-cı ilin dekabr ayında 27890 bank adı hallanan yazı müşahidə edilmişdi. Hesabat ayında əvvəlki aylardan fərqli olaraq Bank Standardın adının çox hallanmasını qeyd edə bilərik. “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisinin cinayət işinin istintaqının başa çatması ilə bağlı yayaılan xəbərlərdə Bank Standardın adının keçməsi artıq bağlanmış bank haqqında məlumatların sayının artmasına səbəb olub. Hesabat dövründə bank sektorunun əsas mövzuları bankların bağlanması (və ya bağlanacağı), əmanətlərin və kreditlərin qaytarılmaması ilə bağlıdır.
Universitetlər: 12148 ədəd ad hallanan yazı
1.BDU - 1491
2.UNEC - 1127
3.BANM- 891
Bütün sektorlarda olduğu kimi, Universitetlər mövzusunda da cari hesabat dövründə məlumatlar az dərc olunub. Belə ki, ötən ay bu mövzuda dərc olunan məlumatların ümumi sayı 15174 ədəd təşkil etmişdi. Qeyd edək ki, hazırda 22 universitet və ya ali məktəbin ölkə mediasında yer alan məlumatlarının statistikasını aparırıq.
Mobil Rabitə: 1472 ədəd ad hallanan yazı
1.Azercell - 614
2.Bakcell - 565
3.Nar Mobile – 293
Yanvar ayında bank sektorunda müşahidə edilən tendensiyanın oxşarı mobil rabitə sektorunda da baş verib. Cari hesabat ayında mobil rabitə şirkətlərinin media aktivliyi dekabr ayı ilə müqayisədə passiv olub. Belə ki, 2017-ci ilin dekabr ayında mobil rabitə şirkətlərinin adı çəkilən 2321 yazı monitorinqin əhatəsinə düşmüşdü.
Sığorta şirkətləri: 1154 ədəd ad hallanan yazı
1.Paşa Sığorta -140
2.Paşa Həyat -118
3.Azərsığorta – 109
Otellər: 474 ədəd ad hallanan yazı
1.Hilton Baku - 131
2.Park inn - 109
3.Landmark Baku - 59
Qeyd edək ki, hazırda 21 otelin monitorinqini aparırıq. Məlumatların sayından göründüyü kimi bu sektor çox passivdir və demək olar ki, yerli media ilə işləməyə həvəs göstərmir. Bunu şərtləndirən amillərdən biri onların əsas müştərilərinin əcnəbilərin olması göstərilə bilər.
2017-ci ilin yanvar ayının statistikasından göründüyü kimi, banklar arasında Azərbaycan Beynəlxalq Bankı, ali məktəblər arasında BDU, mobil rabitə şirkətləri arasında Azercell, sığorta şirkətləri arasında Paşa sığorta, otel və biznes mərkəzləri arasında Hilton Baku haqqında daha çox ad hallanması olub.
Qeyd edək ki, nəticələr facebook səhifəmizdə də yerləşdirilib: https://www.facebook.com/MediaConsultingServices/
Əlavə etmək istərdik ki, elan olunan statistika ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq istəyən şəxslər [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
10 d. əvvəl
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
-
16 d. əvvəl
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
- 19 d. əvvəl
-
57 d. əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
1 saat əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
1 saat əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
Sentyabrın 29-da gözlənilən hava şəraiti
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Ən çox oxunanlar
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı




























