Zavodda partlayış: Səhiyyə Nazirliyindən açıqlama
Bakıda "Radioquraşdırma" zavodu ərazisində baş verən partlayış nəticəsində ölən və xəsarət alan olmayıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Bakıda "Radioquraşdırma" zavodu ərazisində partlayışla bağlı məlumat yayıb.
"Marja"nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu gün saat 19:17 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəsisissələrdən birinin ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 m2 olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Yanğın saat 20:08 dəqiqədə söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Ətraf ərazilərə təhlükə yoxdur.
Əlavə məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























