“Layihələrin idarə edilməsi” təlim - qeydiyyat davam edir!
Hörmətli layihə menecerləri, biznes rəhbərləri , layihənin idarə edilməsi ilə bağlı çalışan fərdlər və layihədə çalışan qrup üzvlərinin nəzərinə!
“Layihələrin idarə edilməsi” təlimi üzrə qeydiyyat davam edir!
Tarixi: 11 fevral 2017-ci il
Dərslər həftədə 2 dəfə olmaqla, şənbə və bazar günləri keçiriləcək.
Vaxt: 14:30 - 20:30
Tədris dili: Azərbaycan dili
Təlimin ümumi qiyməti – 335 AZN
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi idarəetmə sahəsində hər biri təlim iştirakçıları tərəfindən yüksək qiymətləndirilən 200-dən çox iştirakçıya 20-a yaxın təlim keçirtmiş və bu təcrübəsi ilə ən güvənilir təlim tərəfdaşına çevrilmişdir. Bu sahədəki ən yüksək reytinqli təlimimiz olan, 2 dəfə təşkil edərək uğurla keçirtdiyimiz "Layihələrin idarə Edilməsi" təliminə 11 Fevral 2017-ci il tarixində 3-cü dəfə start veriləcək.
Bu təlimin önəmli xüsusiyyəti, layihələrin idarə edilməsi üzrə nəzəri bilikləri ilə paralel şəkildə praktik çalışmalara daha çox yer ayrılmasındadır.
Qeydiyyatdan keçməyə və təklif etdiyimiz endirimlərdən yararlanmağa tələsin!
Fərdi şəxslər üçün endirimlər:
- 30 yanvar 2017-ci il tarixinədək qeydiyyatını bitirən şəxslərə 50 AZN endirim
Tələbələr üçün endirimlər: 10%
Korporativ müştərilər üçün endirimlər:
3-4 nəfər üçün - 5%
5-6 nəfər üçün - 10%
7-8 nəfər üçün - 15%
9 və daha çox şəxs üçün - 25%
Kurs zamanı Siz layihələrin idarə edilməsinin əsaslarını, təşkilat daxilində sahənizlə bağlı kiçik və orta layihələri idarə etməyi öyrənəcəksiniz. Layihələr daxilində problemlərin müəyyənləşdirilməsi, nəzarət sisteminin qurulması, tədbirlərin planlaşdırılması və ümumi çətinliklərdən kənarlaşma yolları təlimdə ətraflı müzakirə olunacaqdır və layihələri uğurlu şəkildə idarə etmək üçün tanınmış praktiki metodlardan istifadəni öyrənəcəksiniz.
Təlim materialları bu sahəyə məxsus ən müasir biliklərə, xüsusilə Layihələrin İdarə Edilməsi İnstitunun (Project Managment İnstitute's (PMI)) yanaşmasına əsaslanır.
Təlimçi: Ramiz Məmmədli http://www.fmtc.az/az/telimciler/22
Təlim haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz : http://cmtc.gov.az/az/lahiyelerin-idare-edilmesi
Yekunda təlim iştirakçıları sertifikatla təmin olunacaq!
Qeydiyyat üçün bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın :
Telefon: (+994)12 498 16 77
(+994) 70 272 99 79
(+994) 55 672 99 79
E-mail: [email protected]
Web: www.fmtc.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 28 d. əvvəl
-
-
50 d. əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
52 d. əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Hörmüz boğazında mina varsa, götürün, əks halda nəticələri ağır olacaq
-
2 saat əvvəl
Odero "Visa Ready Full" sertifikasiyasını uğurla tamamladı, xüsusi status aldı
-
15 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
15 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
Ən çox oxunanlar
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"

























