"Nə indi, nə də gələcəkdə Dağlıq Qarabağda fəaliyyət göstərməyəcəyik"

“Grant Thornton” şirkəti Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşır və buna görə də nə indi, həm də gələcəkdə Dağlıq Qarabağda fəaliyyət göstərməyərək peşəkar fəaliyyətini Azərbaycan qanunlarına uyğun olaraq, dürüstlük və milli maraqlar əsasında həyata keçirəcək.
Bu barədə “Grant Thornton” şirkətindən yayılan bəyanatda deyilir.
Şirkətin Azərbaycan Auditorlar Palatasına təqdim etdiyi idarəedici partnyor Farouk Mohamed tərəfindən imzalanan rəsmi bəyanatında bildirilir ki, “Grant Thornton Azərbaycan” “Grant Thronton International Ltd”nin (GTIL) Azərbaycan Respublikasında bu ölkənin qanunlarına hörmət və riayət edərək, dürüstlük və milli maraqlara cavab vermək prinsipinə əsasən peşəkar fəaliyyət göstərən müstəqil üzv şirkətidir.
Bəyanatda deyilir: “Grant Thornton Ermənistan” Dağlıq Qarabağda fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməyib və heç bir fəaliyyət göstərmir, Dağlıq Qarabağda fəaliyyət göstərmək üçün heç bir icazəsi, lisenziyası və ya ortaqlığı yoxdur, Dağlıq Qarabağda heç bir nümayəndəliyə, hüquqi və ya fiziki iştiraka malik deyil.
“Grant Thornton International Ltd”yə Dağlıq Qarabağda hər hansı hüquqi və ya fiziki iştirakının olmadığını və əməliyyatlar həyata keçirmədiyini təsdiq edən illik bəyannamə təqdim etməkdə məsuliyyət daşıyır. Həmin bəyannamə Azərbaycan İqtisadiyyat Nazirliyinə göndərilib. Bu səbəbdən, GTIL yerli qanunvericiliyə riayət etmək və bu öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə qeyd olunan məsələni ciddi nəzarətdə saxlamağa davam edir.
“Grant Thornton Azərbaycan” müstəqil şirkətdir və “Grant Thronton Ermənistan”la heç bir hüquqi, maliyyə və digər əlaqəsi yoxdur.
“Grant Thornton International Ltd” və onun hər bir üzv şirkəti: Azərbaycan, Ermənistan və digər 128 üzv şirkətləri ayrı-ayrı hüquqi şirkətlərdir. “Grant Thronton International” heç bir üzv şirkətinin idarəetməsində iştirak etmir və onlara sahib deyil. Və hər bir üzv şirkət öz müştərilərinə göstərdiyi peşəkar xidmətlərə görə cavabdehdir. GTIL əlaqələndirici təşkilatdır və şəbəkə üçün üzvlük standartları müəyyən edir, şirkətləri şəbəkəyə qəbul edir və üzvlük standartlarına cavab vermədikdə onları şəbəkədən çıxarır.
“Arshahbankın” konsolidasiya edilmiş hesabatları üzrə “Grant Thornton Ermənistan”ın Dağlıq Qarabağ ərazisində heç bir iştirakı olmayıb və bu ərazidə onun hüquqi və fiziki mövcudluğu yoxdur.
Həmçinin daxili siyasət və prosedurlara əsasən Dağlıq Qarabağda hüquqi, maliyyə, fiziki və kommersiya iştirakını qadağan edən ciddi protokol mövcuddur. Bu siyasətə riayət edilməsi üçün diqqətli və qaydalı olaraq “Grant Thornton Azəbaycan”ın rəhbər üzvləri tərəfindən nəzarət olunur.
İşğal altında olan Dağlıq Qarabağ ərazisində audit şirkətləri tərəfindən aparılan audit fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanan şərhlərdən xəbərimiz var.
Mətbuata verilmiş müxtəlif bəyanatlarla yanaşı, İqtisadiyyat Nazirliyinə təqdim etdiyimiz məktubda qeyd olunduğu kimi, daşıdığımız öhdəliyin təsdiqi olaraq bir daha bəyan edirik ki, “Grant Thornton” şirkəti Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşır və buna görə də həm indi, həm də gələcəkdə Dağlıq Qarabağda fəaliyyət göstərməyərək, peşəkar fəaliyyətimizi dövlətin qanunlarına uyğun “Grant Thornton” şirkəti Azərbaycan Respublikası qarşısında daşıdığı öhdəliklərinə sadiqdir və bundan sonra da sadiq qalacaq”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 8 saat əvvəl
-
-
9 saat əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
9 saat əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır

Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək

Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028

Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənildi

İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Ən çox oxunanlar

Məcburi eniş edən AZAL təyyarəsi texniki baxışdan tam keçib və saz vəziyyətdə olub? - AZAL-DAN AÇIQLAMA

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
