Meyvə yetişdirir, pambıq əkir, balıq saxlayır .... Çoxsahəli təsərrüfat rəhbəri
Tərtərin Soyulan kəndində çoxsahəli təsərrüfat rəhbəri olan Zəfər Nəsirov bağçılıq, pambıqçılıq, tərəvəzçilik, balıqçılıq və digər sahələrlə məşğuldur. Onun yaratdığı “Azaqrokənd” Məhdud Məsuliyyətli Cəmiyyəti, eyni zamanda, ətraf kəndlərə aqroservis xidməti göstərir.
MMC-nin rəhbəri Zəfər Nəsirov bildirib ki, rayonun iqlimi və münbit torpaqları intensiv bağçılıq üçün əlverişlidir. Bunu nəzərə alan fermer 2010-cu ildən intensiv bağ salmağa başlayıb. Ötən il 10 hektar xurma bağından 300 tona yaxın məhsul əldə edərək, Rusiya bazarlarına çıxarıb. Xurma ağacının məhsuldarlığı və xəstəliklərə davamlı olması, ən əsası isə satış bazarının mövcudluğu Z.Nəsirovun bu sahəyə marağını daha da artırıb. Odur ki, hazırda daha 15 hektarda “şişburun” və “karalyok” bağları salır.
Fermer qeyd edib ki, bağçılıq təsərrüfatında xurma ilə yanaşı 1,5 hektarda nar, 2 hektarda alça, 1 hektarda armud, 0,5 hektarda gavalı, 3 hektarda qoz bağları salınıb. Əldə olunan yüksək nəticələr bağçılığı daha da inkişaf etdirməyə stimul verir: “Beş il əvvəl sınaq məqsədilə Qubadan 50 ədəd “Qala” sortu olan alma tingi gətirib əkdik. Çox yaxşı nəticələr əldə etdik. Bu il daha 3 hektarda yeni alma bağları saldıq. Bundan başqa, keçən il üzüm bağından 2 ton məhsul götürmüşük. Gələcəkdə üzüm bağlarını da genişləndirməyi nəzərdə tuturuq”.
Hazırda meyvə bağlarında ağaclara qış qulluğu edilir. Bağban Nofəl Nəsirov deyir ki, bol məhsul əldə etmək üçün bağa il boyu qulluq etmək lazımdır. Qış mövsümündə ağacların boy, inkişaf və məhsuldarlığını tənzimləmək məqsədilə budama işləri görülür. Ağacların dibi qazılaraq yumşaldılır, peyin və gübrə verilir. Əlli nəfərdən artıq kənd sakini meyvə bağlarında işlə təmin olunub.
Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət qayğısından ruhlanan tərtərli fermer ötən il 6,5 hektarda pambıq becərib, 27 sentnerdən çox məhsuldarlığa nail olub. Cari ildə pambıq əkinini 10 hektara çatdırmağı nəzərdə tutur. Artıq çıyid səpiləcək sahələr müəyyən edilərək şumlanıb. Hazırda arat işləri aparılır.
Təsərrüfatda 2017-ci ildə 15 hektarda şəkər çuğunduru da becərilib. Sahələrdən 550 ton məhsul götürən fermer 30 min manata yaxın gəlir əldə edib. Z.Nəsirov qeyd edib ki, şəkər çuğunduru və pambığa görə subsidiya verilməsi, həmçinin xam pambığın alış qiymətinin artırılması fermerləri məhsul istehsalına daha da həvəsləndirib.
Tərtərli fermer təsərrüfatındakı bütün işləri 8 il əvvəl lizinq yolu ilə aldığı kənd təsərrüfatı texnikaları vasitəsilə həyata keçirir. 47 adda texnika ilə təchiz olunan MMC 10-dan çox ətraf kənddə fermerlərə aqroservis xidməti də göstərir.
Hazırda təsərrüfatın ərazisində 2 hektar sahədə müasir istixana kompleksinin yaradılmasına başlanılıb. İllik istehsal gücü 350 ton olan kompleksdə işlərin bu il başa çatdırılması nəzərdə tutulur. Pomidor və xiyar yetişdiriləcək istixanada 50 nəfər kənd sakini daimi işlə təmin olunacaq. Məhsullar xarici bazarlara çıxarılacaq.
Bitkiçilik sahəsində uğurlar qazanan tərtərli fermer təsərrüfatında balıqçılıqla da məşğul olur. Sınaq üçün bir neçə hovuzda nərə və forel cinsli balıqlar yetişdirərək yaxşı nəticələr əldə edən təsərrüfat rəhbəri gələcəkdə bu sahəni də inkişaf etdirməyi qarşıya hədəf qoyub.
“Hər bir işdə cəfa çəkməlisən ki, onun səfasını da görəsən” - deyən Zəfər Nəsirov əldə etdiyi bütün bu nailiyyətlərdə dövlətin dəstəyinin, fermer və sahibkarlara yaradılan əlverişli şəraitin böyük rol oynadığını bildirib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 12 saat əvvəl
-
-
15 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 15 saat əvvəl
-
15 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
15 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
15 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq












.jpg)







.jpg)


