Türkiyə təyyarəsi İranda düşdü
Birləşmiş Ərəb Əmirliklərindən İstanbula gedən Türkiyənin özəl təyyarəsi İranda radardan itərək düşüb.
"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, özəl təyyarədəki 11 nəfər ölüb.
Təyyarənin, "Başaran Holding"ə aid olduğu öyrənilib.
Hadisə yerinə axtarış və xilasetmə briqadalarının yollandığı bildirilir.
Türkiyənin Tehran səfiri Hakan Tekin də təyyarədə 3-ü ekipaj 8-i sərnişin olmaqla 11 nəfərin olduğunu təsdiqləyib.
Tekin, təyyrənin düşdüyü yerin müəyyən edildiyini və qrupların qəza zonasına çatmağa çalışdığını söyləyib.
İranın rəsmi agentliyi IRNA-ya açıqlama verən Kiyar rayonunun Fövqəladə hallar rəsmisi Kademali Merdani, Birləşmiş Ərəb Əmirliklərindən havaya qalxan və İstanbula gedən özəl Türk təyyarənin ölkənin cənub-şərqindəki Çaharmahal və Bəxtiyari əyalətinə bağlı Kiyar rayonunda düşdüyünü və təyyarədəki 3-ü ekipaj olmaqla 11 nəfərin həyatını itirdiyini söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
59 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























